Lənkəranda “Böyük bazar” ərazisində ət satışı məntəqələrində monitorinq keçirilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 21 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və Daxili İşlər Nazirliyinin Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərinin “Böyük bazar” ərazisində yerləşən ət satışı məntəqələrində monitorinq keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, monitorinq zamanı fiziki şəxs Anar İbrahim oğlu Ağayevə və İlqar Əlişirvan oğlu Axundova məxsus məntəqələrdə ətlərin baytarlıq ekspertizasından keçirilmədən satışa çıxarıldığı aşkarlanıb.
Faktla bağlı fiziki şəxslər barəsində inzibati protokol tərtib edilib. İstehlaka yararlılığının araşdırılması məqsədilə ətlər satışdan çıxarılaraq möhürlənib və nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 21 Noyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















