Icma.az
close
up
RU
Baş Prokurorluq Xaçmazda “Konstitusiya və dövlət suverenliyi: Hüquqi aspektlər və çağırışlar” mövzusunda regional konfrans təşkil edib

Baş Prokurorluq Xaçmazda “Konstitusiya və dövlət suverenliyi: Hüquqi aspektlər və çağırışlar” mövzusunda regional konfrans təşkil edib

Icma.az bildirir, Azertag portalına istinadən.

Xaçmaz, 17 oktyabr, Elxan Yusifli, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkədə “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar olaraq, prokurorluq orqanları tərəfindən silsilə tədbirlər həyata keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu tədbirlərin davamı olaraq, oktyabrın 17-də Xaçmaz şəhərində Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşkilatçılığı ilə “Konstitusiya və dövlət suverenliyi: Hüquqi aspektlər və çağırışlar” mövzusunda regional konfrans təşkil olunub.

Tədbirdə dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, media orqanlarının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra iştirakçılar Xaçmaz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən guşə ilə tanış olublar.

Tədbir başlamamışdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, ardınca Dövlət Himni səsləndirilib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi Orxan İsayev çıxışında konstitusiya prinsiplərinin müdafiəsində prokurorluğun funksional rolunu açıqlayıb. O bildirib ki, hüquqi dövlətin möhkəmləndirilməsi üçün qanunun aliliyinin təmin olunması və dövlət ittihamçılarının obyektiv mövqedə dayanması əsas prioritetlərdəndir.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev çıxışında rayonda hüquqi maarifləndirmə işlərinin davamlı xarakter aldığını vurğulayıb. O, gənclərin hüquqi şüurunun artırılması və konstitusiya dəyərlərinin aşılanmasının vacibliyini qeyd edib.

Xaçmaz rayon prokuroru Rəşad Məmmədov isə çıxışında prokurorluq orqanlarının dövlət suverenliyinin qorunmasında üzərinə düşən vəzifələrdən danışıb. O bildirib ki, müasir dövrdə hüquqi çağırışlara çevik və adekvat reaksiya vermək üçün prokurorluq orqanlarının peşəkar resursları və institusional imkanları durmadan inkişaf etdirilməlidir.

Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Anar Eyvazov çıxışında Azərbaycan Ordusunun dövlət suverenliyinin qorunmasında oynadığı rol, informasiya təhlükəsizliyi sahəsində görülən tədbirlər və dezinformasiyalara qarşı mübarizə mexanizmləri barədə ətraflı məlumat verib.

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirilən hüquqi maarifləndirmə tədbirləri və ictimaiyyətlə effektiv ünsiyyətin vacibliyi barədə danışıb. O, hüquqi informasiyanın cəmiyyətə düzgün və vaxtında çatdırılmasının dövlətə olan inamın möhkəmləndirilməsində önəmli rol oynadığını qeyd edib.

“Dövlət suverenliyinin və konstitusiya dəyərlərinin qorunmasında medianın rolu” mövzusunda çıxış edən “ARB Günəş” və “ARB Şimal” televiziyalarının direktoru Məhsim Məhsimov medianın hüquqi maarifləndirmə və ictimai nəzarət baxımından mühüm vasitə olduğunu qeyd edib. O, jurnalistlərin hüquqi biliklərinin artırılmasının və medianın dövlət orqanları ilə əməkdaşlığının vacibliyini vurğulayıb.

Konfransda I Qarabağ müharibəsi veteranı, Xaçmaz şəhər sakini Sabir Məmmədov çıxış edərək 1994-cü il aprelin 9-da Ulu Öndər Heydər Əliyevin Füzuli-Horadiz istiqamətindəki hərbi hissələrdə əsgərlərlə görüşü ilə bağlı xatirələrini bölüşüb. O, həmin tarixi görüşlərin Azərbaycan Ordusunun döyüş ruhunun möhkəmlənməsində və torpaqlarımızın müdafiəsi uğrunda mübarizə əzminin daha da yüksəlməsində müstəsna rol oynadığını xüsusi vurğulayıb.

Tədbir çərçivəsində dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media nümayəndələri arasında hüquqi əməkdaşlıq, ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və gənclər arasında hüquqi şüurun artırılması istiqamətində geniş fikir mübadiləsi aparılıb, konkret təkliflər səsləndirilib.

Konfransın sonunda “Xalqın adamı” adlı sənədli film nümayiş olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri