Lənkəranda itkin düşən balıqçının meyitini İranda tapan şəxs danışdı VİDEO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Lənkəranda itkin düşdüyü hesab edilən balıqçı Lənkəran rayon Siyavar kənd sakini Mahmud İbayevin qardaşı meyiti ölkəyə gətirmək üçün artıq İran tərəfdədir.
Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması və sosial şəbəkələrdə paylaşılması barədə məlumat verilmişdi.
Mahmud İbayevin qardaşı Rəşad İbayev həmin şəkildən qardaşının cəsədini tanıyıb.
Aidiyyəti qurumların dəstəyi ilə Rəşad İbayev İran tərəfdədir və qardaşının meyitini tapan şəxs Səid Hadiani ilə görüşüb.
Səid Hadiani bildirib ki, meyiti Bəndər-Ənzəli şəhərində, Kəpurçay sahilində tapıb:
"Meyit suyun 25 metr dərinliyində idi. Başı aşağı suda qalmışdı. Üzü qaralmışdı, amma bədəni sağ-salamat idi. Qayığa qoyub çölə gətirdik və polisə məlumat verdik. Onu da deyim ki, bu ərazilər həmişə qayıqlarla nəzarət altındadır".
Qeyd edək ki, sabah meyitin Azərbaycan tərəfə verilməsi nəzərdə tutulub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 25 Mart 2025 19:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















