Lənkəranda qəza Ölən var
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib.
Yenisabah.az xəbər verir ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi gecə saatlarında Lənkəran-Lerik magistralında, Lənkəran rayonunun Darquba kəndi ərazisində qeydə alınıb. Lənkəran şəhər sakini 2005-ci il təvəllüdlü Ülvi Firdovsi oğlu Vəlizadə idarə etdiyi "Azsamand" markalı nəqliyyat vasitəsi ilə Lerik istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yol kənarında hərəkətsiz dayanan yük avtomobilin arxa hissəsinə çırpılıb. Dərhal əraziyə aidiyyəti qurumların nümayəndələri cəlb olunub.
Avtomobildə sıxılıb qalan sürücü çıxarılaraq Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Vəziyyəti ağır olduğundan Ü.Vəlizadə reanimasiya şöbəsinə yerləşdirilib. Bütün reanimasyon tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Dördpendirli pizza
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır./"Unikal"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 08 İyul 2025 09:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















