Lənkəranda ürəyi dayanan körpə həyata qaytarıldı
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Lənkəranda 2 yaşlı uşağı elektrik cərəyanı vurub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Sabirabad rayon sakini 2023-cü il təvəllüdlü A.Səmədzadə (qız uşağı) elektrik cərəyanı vurması nəticəsində ürək dayanması diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Uşağa ilkin tibbi xidmətlər göstərilib və ürək fəaliyyəti uğurla bərpa olunub.
Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayev bildirib ki, elektrik cərəyanı vurması səbəbi ilə 2023-cü il təvəllüdlü azyaşlı şöbəyə daxil olarkən həyat əlamətləri olmayıb, Təcili yardım şöbəsinin həkimlərinin uğurlu müdaxiləsi nəticəsində uşağa dərhal ürək ağciyər reanimasiyası tətbiq olub.
Müdaxilələrdən sonra azyaşlının ürək fəaliyyəti bərpa olunub, vəziyyəti stabilləşib, Reanimasiya şöbəsinə yerləşdirilib.
Daha sonra azyaşlı Bakı şəhərində yerləşən Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 15 Mart 2025 23:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















