Lənkəranskinin qan düşməni nə hökm oxundu, arvadı ağladı
Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Rusiyanın Sverdlovsk Vilayət Məhkəməsi kriminal aləmdə “Giya Sverdlovski” ləqəbi ilə tanınan Georgi Akoyevi 8 il xüsusi rejimli həbs cəzasına məhkum edib.
Lent.az xəbər verir ki, məhkəmə onu cinayətkar iyerarxiyada ən yüksək mövqe tutmaqda təqsirli bilib. Akoyevə həmçinin 1,5 milyon rubl cərimə kəsilib. Dövlət ittihamçısı onun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İstintaqın məlumatına görə, Akoyev 2008-ci ilin noyabrında həbsxanada olarkən “qanuni oğru” statusu alıb. Onun kriminal aləmdə nüfuzlu şəxslərdən biri olan Aslan Usoyanın (Ded Xasan) qardaşı oğlu Timur Mirzoyevin himayəsi ilə bu statusa yüksəldiyi bildirilir.
İttihama əsasən, Giya Sverdlovski kriminal aləmin ümumi pul fonduna (“obşak”) nəzarət edib, cinayətkar qruplar arasındakı münaqişələri həll edib və kriminal ənənələri təbliğ edib.
Akoyev 2025-ci ilin oktyabrında saxlanılıb. Onun evində və ofisində aparılan axtarış zamanı bəzəkli xəncər və katana qılıncı götürülüb.
Məhkəmədə təqsirini qəbul etməyən Akoyev hökmü sakit qarşılayıb. Hakimin qərarı anlayıb-anlamadığı barədə sualına isə “Bəli, möhtərəm hakim, təəssüf ki, anladım” cavabını verib.
Onun həyat yoldaşı hökm oxunarkən göz yaşlarını saxlaya bilməyib.
Xatırladaq ki, Giya Sverdlovski "Ded Xasan"ın ölümünə görə mərhum azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskini özünün "qan düşməni" elan etmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 14 Noyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















