Leo Kart işlədənlərin NƏZƏRİNƏ: Bir sıra mağazalar ödəniş qəbul etmir
Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Leobank"a məxsus "Leo Kart"la ödəniş etməkdə çətinlik yaranıb.
Milli.Az xəbər verir ki, bir sıra mağazalar "Leo Kart"la ödəniş qəbul etməkdən imtina edirlər.
Vətəndaşlar bildirir ki, belə hallardan biri də "LC Waikiki" geyim mağazasında baş verib. Mağazanın kassir əməkdaşı "Leo Kart"la ödənişin mümkün olmadığını bildirib.
Buna səbəb kimi isə həmin kartla edilən ödənişlərin hesaba oturmadığı və bəzi hallarda müştəriyə geri qayıtdığı göstərilib. Bu zaman isə mağaza ziyan etdiyi üçün "Leo Kart"la ödənişlərdən imtina edir.
Bu isə öz növbəsində müştərilərə əlavə çətinlik yaratmış olur.
"Leobank"-dan isə bildirildi ki, bu halla qarşı onlar tərəfindən heç bir məhdudiyyət mövcud deyil.
Mehman Əsədov
Milli.Az
Baxış sayı:94
Bu xəbər 19 Sentyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















