Leobank müştərisi kartından icazəsiz ödəniş cəhdlərindən narazıdır
Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vətəndaş Leobank kartından xəbəri və razılığı olmadan ödəniş cəhdlərinin edildiyini deyib.
Gununsesi.info xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşım edib:
O, kartın dəyişdirilməsi ilə bağlı bankın verdiyi fərqli cavablardan və yeni kartın vaxtında çatdırılmamasından narazıdır.
“Leobank kartımdan 50,64 AZN, 41,54 AZN və 23,71 AZN məbləğlər mənim tərəfimdən xəbərsiz olaraq çıxmağa cəhd göstərilib. Bu səbəbdən kartın dəyişdirilməsini istəmişəm.
Sentyabrın 8-nə çatdıracaq idilər. Yazmışam, gətirəcəksiniz deyir, yox, sentyabrın 10-da ancaq çatdıra bilərik.
Google-da gördüm qaynar xətləri, *7773 pulsuz zəngdir, yığdım. Xanım dedi, 9-da çatdıra bilərik, lakin bir qədər xəttdə gözləyin dedi. Xəttdə müəyyən dəqiqələr gözlətdi, axırda da dedi 9-da çatdıra bilərik.
Baxıb görürəm, bütün konturlarımı çıxardılar. Yenidən vatsapa da yazdım ki, bəs sabah dəqiq çatdırırsınız? Operator deyir, xeyir, ancaq ayın 10-da çatdıra bilərik.
Ayıb olsun əməyi keçib cavab verən, qeyd almayıb hər birinə. Çıxış yolunu məhkəmədə görürəm. Mərkəzi Banka da müraciət olunub”.
Günay
Baxış sayı:178
Bu xəbər 08 Sentyabr 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















