Lerikdə məşhur Relax hotelində YOXLAMA: Deputatın qohumuna məxsus mərkəz cərimələndi
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Lerikdə yerləşən "Relax" istirahət mərkəzi bir daha maliyyə sanksiyasına məruz qalıb.
Oxu.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, "Relax Resort And Spa Hotel" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) aparılan operativ vergi nəzarəti zamanı bir sıra pozuntular aşkarlanıb.
Operativ vergi nəzarətinin nəticələrinə əsasən, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş fiziki şəxslərlə işəgötürən arasında əmək müqaviləsinin hüquqi qüvvəyə minməsinə dair tələblərin pozulması ilə bağlı tərtib edilən akt əsasında MMC-yə üç dəfə olmaqla, ümumilikdə 6 min manat maliyyə sanksiyası tətbiq olunub.
Bundan əlavə, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə 1 000 manat məbləğində sanksiya müəyyən edilib.
Qeyd edək ki, "Relax Resort And Spa Hotel" MMC-nin qanuni təmsilçisi Famil Kamran oğlu İmanovdur. O, Milli Məclisin VI çağırış deputatı olmuş İqbal Məmmədovun yaxın qohumudur. Bildirilir ki, bir vaxtlar İqbal Məmmədova məxsus olan "Relax" hazırda icarə əsasında onun ailəsi tərəfindən idarə olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 19 Sentyabr 2025 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















