Icma.az
close
up
RU
Lerikin 35 kəndinə cəmi bir həkim var Həkimlər bölgələrə niyə getmir?

Lerikin 35 kəndinə cəmi bir həkim var Həkimlər bölgələrə niyə getmir?

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda tibbi ixtisaslar üzrə ali təhsil müəssisələri tərəfindən hazırlanan mütəxəssislərin sayı azalır. 

Bu barədə "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" statistik məcmuəsində qeyd olunub.

Məlumata görə, 2024-cü ildə tibbi ixtisaslar üzrə ali təhsil müəssisələri tərəfindən 1 354 mütəxəssis hazırlanıb. 2023-cü ildə bu rəqəm 1 444, 2022-ci ildə 1 695, 2021-ci ildə 1 543, 2020-ci ildə isə 1 487 nəfər olub. 

2020-ci illə müqayisədə 2024-cü ildə müalicə işi üzrə hazırlanan mütəxəssislərin sayı 1 013-dən 961-ə düşüb. Stomatologiya üzrə hazırlanan kadrların sayı isə 2020-ci illə müqayisədə 174-dən 96-a enib. Qeyd edək ki, bu gün ölkənin bir sıra rayonlarında həkim çatışmazlığı özünü göstərir. 

Nəinki həkim, hətta bir çox kənddə heç xəstəxana, həkim məntəqəsi belə, yoxdur. Onu da vurğulayaq ki, bugünlərdə Azərbaycan Tibb Universitetinin bir sıra fakültələrində ödəniş haqları da artırılıb. Bu gün həkimləri bölgələrdən, kəndlərdən uzaq salan səbəb nədir? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Elşən Qafarov “Cebheinfo.az”-a bildirib ki, dövlət ali təhsil müəssisələrində təhsil haqqını Nazirlər Kabineti müəyyən edir və əslində ildən-ilə, xüsusilə də tibb sahəsində təhsil haqqının artırılması qorxulu deyil: 

“Çünki tibb təhsili dünyada ən bahalı təhsildir. Bu, o demək deyil ki, təhsilalanların hamısı ödənişli təhsil alır. Təhsil Tələbə Krediti Fondu ödənişlə təhsil alanların təhsil haqqını qarşılayır. Məsələnin digər bir tərəfi ondan ibarətdir ki, artıq son 4-5 ildə ödənişli təhsil alanların sayı 2 dəfədən çox azalıb”. 

Ekspertin sözlərinə görə, reallıq budur ki, ali təhsil müəssisələri əmək bazarının tələblərinə uyun kadr hazırlaya bilmir: 

“Ən böyük problem isə bu sahədə elmi-pedaqoji kadrların olmamasıdır. Çünki biz elmi-pedoqoji kadrlara lazım olan əmək haqqını verə bilmirik. Bizim ali təhsil müəssislərində çalışan təhsilverənlərin və elmi pedaqoji kadrların əməkhaqqı 700 manatdan 1500 manata qədərdir. 

Bu faciədir. Ona görə bu gün bütün elmi-pedaqoji kadrlar xaricə axır. Fikrimcə, ATU-da qiymətlər 10 dəfə də artırılmalıdır ki, ən azı orta səviyyəli tibb işçisini hazırlaya bilək. Dünyanın bütün ölkələrində tibb sahəsində kadrların hazırlığı ən bahalı hazırlıqdır. Bu gün kadr hazırlaya bilmirik, çünki vəsait ayrılmır. Yaxşı kadr üçün yaxşı da vəsait ayırmalıyıq. Təsəvvür edə bilmirəm ki, hansısa bir ölkədə tibb üzrə kadr hazırlığına bu qədər cüzi vəsait ayrılsın”. 

Ekspert deyir ki, kadrların xaricdə əlavə təhsil alırlar: 

“Ona görə ki, burada həkimlərin maaşı çox aşağıdır. Son illərdə TƏBİB-in apardığı islahatlar nəticəsində bu sistemdə işləyən həkimlərin maaşındaa bir qədər fərq var. Ancaq ümumiyyətlə, ölkədə həkim çatışmazlığı var. Məsələn, mən Lerik rayonunda anadan olmuşam. Həmin rayonun 35 kəndində bir həkim var ki, o da artıq pensiya yaşı həddinə çatmaq üzrədir. Həkimlərin maaşı o qədər aşağıdır ki, onlar gedib ucqarlarda işləmək istəmirlər. Hamı özəl klinikalarda işləmək istəyir və yaxud da xaricə köçüb gedir. 

Bu da məsələnin bir qədər problemli tərəfidir. Bu gün xüsusilə də rayonlarda, kəndlərdə, ucqarlarda həkim çatışmazlığı hiss olunur. Azərbaycanda bu gün xüsusilə də kəndlərdə olan həkim çatışmazlığı 100 il bundan əvvəlki vəziyyətə gəlib düşüb. Ona görə də tibb sahəsində olan problemləri yoluna qoymaq istəyiriksə, ilk növbədə bu istiqamətdə kadr hazırlığına indikindən 10 dəfə çox vəsait ayırmalıyıq. 

Eyni zamanda, həkimlərin sosial müdafiəsi elə təşkil olunmalıdır ki, gənc həkimlər gedib ucqarlarda işləyə bilsinlər. Bu sahədə problemlər həll olunmadığına görə kəndlərdən insanların kütləvi axınına səbəb olur. Bir çox kəndlərimiz boşalıb və bunun bir səbəbi də ucqarlarda tibbi xidmətin olmamasıdır”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: bölgə həkimElşən Qafarov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Avqust 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see234

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see197

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see172

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see165

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see151

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see149

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see147

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see146

Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı Azərbaycanda ŞOK HADİSƏ

30 Dekabr 2025 05:29see143

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see142

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see141

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see141

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see139

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see138

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri