Şuşa Teatrı 153 cü mövsümünü Ağıldankəm Jurden tamaşası ilə açıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 14 sentyabr, AZƏRTAC
Şuşa Dövlət Musiqili Dram Teatrında Mixail Bulqakovun "Ağıldankəm Jurden" əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə 153-cü teatr mövsümünün açılışı olub.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşadan əvvəl çıxış edən teatrın direktor vəzifəsini icra edən Əməkdar artist Azad Məmmədov ötən mövsümdə görülən işlər barədə hesabat verib, yeni mövsümdə nəzərdə tutulan layihələrdən və qarşıda duran vəzifələrdən bəhs edib.
Tamaşanın quruluşçu rejissoru Anar Babalı, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, rəqslərin quruluşçusu Amil Əhmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərova, işıq tərtibatçısı Kənan Məmmədovdur.
Səhnə əsərində obrazları aktyorlar Əməkdar artist Nazir Rüstəmov, aktyorlar Xanirə İsgəndərova, Mətanət Eres, Dürdanə Dünyamalıyeva, Təranə Əliyeva, Emin Sevdiməliyev, Sürahi Əliməmmədova, Cavid Cavadzadə, Hamlet Qənbərov, Mobil Qurbanov, Rəhimə Məmmədova, Orxan Abışov və Azər Məmmədov ifa ediblər.
"Ağıldankəm Jurden"in əsas konfliktini baş qəhrəman Jurdenin özünü zadəgan kimi göstərmək arzusu ilə onun real sosial mənsubiyyəti arasındakı ziddiyyət təşkil edir. Əsil-nəcabətindən utanan və olmadığı kimi görünməyə çalışan Jurdenin əlçatmaz istəyi ətrafında gülüş doğuran hadisələr cərəyan edir. O, yalançı şöhrət arxasınca qaçaraq sağlam düşüncəsini itirir, mənsub olmaq istədiyi "elit" cəmiyyətin fırıldaqçıları tərəfindən asanlıqla aldadılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 14 Sentyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















