Letiçin iddialarına “Sabah”dan reaksiya “klub futbolçu qarşısındakı bütün öhdəliklərini yerinə yetirib”
Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Premyer-liqanın 2-ci turunda “Şamaxı” ilə oynayacaqdıq. Həmin oyundan 3 gün əvvəl biləyimi zədələdim və nəticələr göstərdi ki, ikiaylıq fasilə etməliyəm. 7 gün keçmişdi, klubun direktoru gəlib dedi ki, yerimə əvəzləyici tapılıb, çempionat üçün PFL-də qeydiyyatdan keçməyəcəyəm. Bu, mənim üçün bir neçə günlük şok oldu. Belə şeyin başıma gələ biləcəyini gözləmirdim. Çünki kluba verdiyim faydalar var. Amma həyat belədi. Öyrəşir və irəli baxırsan. Düşünürəm ki, hər şey fərqli və daha yaxşı şəkildə bitə bilərdi, belə yox… Amma “Sabah”dan şikayətim yoxdu. Səmimi olmalıyam, bu 4 il ərzində həm o klubdan, həm də Bakıdan həzz aldım” – bu sözləri “Teleqraf”a açıqlamasında “Sabah”ın bir neçə gün əvvəl yola saldığı Boyan Letiç deyib.
33 yaşlı müdafiəçi qış “transfer pəncərəsi” çərçivəsində Azərbaycan klubuyla anlaşa bilməyəcəyini bildirib. Oyunçu iddia edib ki, bu, “Sabah”ın tələbidi:
“Mənə bu qış “transfer pəncərəsi”ndə Azərbaycana gəlmək qadağandı. Artıq iyundan Azərbaycana gələ bilərəm, amma hər şey ordakı klubların yayda məni istəyib-istəməməsindən asılıdı”.
“Football-plus.az”ın suallarını Masazır təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov cavabladı:
“Boyan Letiç mövsümün ilk yarısında zədə səbəbindən heyətdən kənarda qalmışdı. Futbolçu bu səbəbdən iştirak ərizəsinə salınmamışdı. Zədəli olduğu müddətdə klub futbolçu qarşısında olan bütün öhdəliklərini yerinə yetirib. Təsadüfi deyil ki, oyunçu özü də “Sabah”dan ayrılarkən sosial şəbəkə hesabında ona verilmiş dəstəyə görə kluba öz təşəkkürünü bildirib”.
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 16 Yanvar 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















