Lexin vingeri Azərbaycan klubuna keçə bilər
Sportal.az saytına istinadən Icma.az xəbər verir.
Polşanın “Lex” klubunun vingeri Adriel Ba Lua Misli Premyer Liqasında oynaya bilər.
Sportal.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.Belə ki, polşalı journalist Sebastian Staşevskonun iddiasına görə, 28 yaşlı futbolçuya "Rubin" və "Axmat", "Kayserispor", həmçinin adı açıqlanmayan Azərbaycan klubu maraq göstərir.
Ba Lua “Lex”in Türkiyədə keçiriləcək qış təlim-məşq toplanışına yollanmayacaq və karyerasını davam etdirmək üçün başqa variantları nəzərdən keçirəcək. Fil dişi sahilindən olan futbolçunun “Lex”lə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində “Mimozas”, “Vayle”, “Karvina”, “Viktoriya Plzen” klublarında oynayıb.

Lexin yarımmüdafiəçisinin müştərisi arasında Azərbaycan klubu da var
04 Yanvar 2025 16:42
Ximkidən ayrılan müdafiəçi Azərbaycan klubuna keçə bilər
27 Dekabr 2024 20:23
Arsenal ın müdafiəçisi Azərbaycan klubuna keçə bilər
11 İyul 2025 13:45
Milanın vingeri Aston Villaya keçə bilər
08 Yanvar 2025 11:38
“Liverpul”un vingeri “Bavariya”ya keçə bilər
08 İyul 2025 18:58

