Icma.az
close
up
RU
Leyenə qarşı araşdırma: Zelenski ilə məxfi yazışmalar üzə çıxdı

Leyenə qarşı araşdırma: Zelenski ilə məxfi yazışmalar üzə çıxdı

Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukrayna Prezidenti Volodimir Zelenski və Aİ liderləri ilə apardığı gizli yazışmalarla bağlı qalmaqalın mərkəzinə düşüb.

Bakupost.az.Az xəbər verir ki, bu barədə "Berliner Zeitung" nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, Ursula fon der Lyayen barəsində təhqiqat başlanılıb. Buna səbəb kimi Avropa Komissiyasının Niderlandda fəaliyyət göstərən "Follow the Money" təşkilatının tələbinə baxmayaraq, qrup çatındakı yazışmaları ictimaiyyətə açıqlamaqdan imtina etməsi göstərilir.

Qeyd olunur ki, sözügedən məxfi yazışmalarla bağlı ilk məlumatlar bu ilin yanvar ayında mediada yayılmışdı. Bildirilir ki, araşdırmaya Aİ ombudsmanı Tereza Anjinyo tərəfindən başlanılıb və bununla bağlı rəsmi məktub ötən həftə Avropa Komissiyasına göndərilib.

Məlumata əsasən, gizli qrup çatının iştirakçıları arasında Almaniya kansleri Fridrix Merts, Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corcia Meloni və Böyük Britaniyanın Baş naziri vəzifəsindən ayrılan Kir Starmer də yer alıblar.

Bundan əvvəl də "Berliner Zeitung" Ursula fon der Lyayenin korrupsiya ittihamları fonunda Volodimir Zelenskini açıq şəkildə müdafiə etməsinə görə tənqid olunduğunu yazmışdı. Fon der Lyayenə qarşı irəli sürülən əsas ittihamlardan biri onun, xüsusilə, Ukraynaya ayrılan iri maliyyə vəsaitləri fonunda, Zelenskini mümkün məsuliyyətdən kənarda saxlamağa çalışması ilə bağlıdır.

Xatırladaq ki, Ursula fon der Leyen əvvəlki çıxışlarında Ukraynaya göstərilən dəstəyin artırılmasının vacibliyini dəfələrlə vurğulayıb və yardım həcminin ikiqat artırılmasına çağırış edib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 24 İyun 2026 21:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri