Icma.az
close
up
RU
Leyla Bəyim: Mədəni cəmiyyət dialoq, qarşılıqlı anlaşma və ilham almaq üçün məkan yaratmalıdır

Leyla Bəyim: Mədəni cəmiyyət dialoq, qarşılıqlı anlaşma və ilham almaq üçün məkan yaratmalıdır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 13 noyabr, AZƏRTAC

Xarici ölkələrdəki Azərbaycan mədəniyyət cəmiyyətlərinin fəaliyyətinin inkişaf etdirilməsi çox vacibdir. Əgər eşidilmək, başa düşülmək və hörmətlə qarşılanmaq istəyiriksə, mədəniyyətimizi ən yüksək səviyyədə təqdim etməliyik. Səviyyəni xüsusi olaraq vurğulayıram, çünki bu məsələdə həvəskarlıq əks təsir göstərə bilər.

Bu barədə Praqadakı Azərbaycan Mədəniyyət Evinin rəhbəri, yazıçı Leyla Bəyim AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib. O, Azərbaycan mədəniyyətinin xaricdə təbliği məsələsində diqqəti əsərin formatına çəkib.

“İstənilən formatın, hər hansı bir cəhdin arxasında həmişə insan, bəzən müəyyən bacarıqlara malik insanlar dayanır. İstedadlı, fəal, yerli icmaya inteqrasiya olunmuş və vətəninə sevgisi olan bir insan həmişə başqalarına real təsir göstərəcək ən təsirli formatı tapacaq. Mədəni cəmiyyət sadəcə ənənələri nümayiş etdirməməli, həm də dialoq, qarşılıqlı anlaşma və ilham almaq üçün məkan yaratmalıdır. Buna nail olmağın yeganə vasitəsi əsl sənətdir”, - deyə müsahibimiz qeyd edib.

Hansı mədəniyyət mərkəzinin layihələrinin xüsusilə diqqətəlayiq olmasından bəhs edən Leyla Bəyim deyir ki, onların ən əhəmiyyətlisi milliyyətindən asılı olmayaraq insanlarda heyranlıq və empatiya oyadanlar hesab edilir.

Yazıçı vurğulayıb: “Bu keyfiyyətlərə malik çoxlu layihə var və onları sadalamaq çox vaxt aparacaq. Elə həmin səbəbdən bu yaxınlarda baş tutan bir tədbiri qeyd edəcəyəm. Qarabağın işğaldan azad edilməsinin beşinci ildönümünün qeyd edilməsi çərçivəsində çex dilində “Atla gediş” tamaşamın səhnələşdirilmiş deklamasiyasının premyerası böyük uğur qazandı.

Tamaşa Qarabağ xanının qızı, şairə Xurşidbanu Natəvanın hekayəsini nəql edir. Onun adı Qarabağın - poeziya, cəsarət və müqavimət diyarının taleyinin rəmzinə çevrilib. Bu tamaşa ədalətsizliyə, imperiyaya, unutqanlığa qarşı müqavimət metaforasıdır. Bu, ölkəmizin Prezidenti, dünyadakı bütün Azərbaycanlıların qüruru İlham Əliyevin etdiyi kimi, bir insanın doğru zamanda düzgün addım atmasının tarixin axarını necə dəyişə biləcəyi haqqında bir hekayədir.

Tamaşanın səhnələşdirilmiş qiraətində çex yazıçıları, rəssamları, ictimai xadimləri, filoloqları və teatrsevərlər iştirak ediblər.

Mən bəzi tanınmış yazıçılar, ictimai xadimlər və diplomatların da daxil olduğu təmkinli çexlərdən çoxlu müsbət rəylər aldım. Bu, tarixi həqiqəti Avropa auditoriyasına çatdırmaq üçün düzgün seçilmiş formatın sübutudur”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Noyabr 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see259

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see250

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see172

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see168

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see154

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see147

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see142

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see136

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see134

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see133

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see133

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see131

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see131

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see131

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see130

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see128

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see127

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see126

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri