Icma.az
close
up
RU
Leyla Əliyeva “Bir zamanlar dəniz” adlı qrup sərgisi ilə tanış olub FOTO

Leyla Əliyeva “Bir zamanlar dəniz” adlı qrup sərgisi ilə tanış olub FOTO

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aprelin 15-də "YARAT" Müasir İncəsənət Mərkəzinin XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində "Bir zamanlar dəniz" adlı qrup sərgisinin açılışı olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və "YARAT" Müasir İncəsənət Məkanının təsisçisi, rəssam Aida Mahmudova sərgi ilə yaxından tanış olublar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərgidə Azərbaycan sənətçilərinin rəngkarlıq, qrafika, fotoqrafiya, video və instalyasiya əsərləri təqdim olunub.

Sərginin kuratoru Zəhra Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, sərgi Xəzər dənizi ilə onun ətrafında əsrlər boyu yaşayan insanlar arasında formalaşmış psixoloji, mədəni və arxetipik əlaqələri araşdırır. O, sərginin əsas ideyasının havaylı tədqiqatçı Karin İnqersoll tərəfindən irəli sürülmüş "dəniz epistemologiyası" anlayışına istinad etdiyini vurğulayıb.

"Onun təbirincə, dəniz, sadəcə, bir coğrafi məkan deyil, həm də dünyanı dərk etməyin və formalaşmağın bir yoludur. Bu mənada Xəzər insanın öz kimliyini, tarixini və arzularını oxuya biləcəyi bir məkana çevrilir. Sərgidə dənizə yalnız baxılmır, həm də onunla qarşılaşma baş verir. Multidisiplinar yanaşma vasitəsilə ekspozisiya su ilə münasibətlərimizin canlı arxivinə, ekoloji itki, mədəni unudulma və bağın yenidən qurulması ehtimalı üzərində həm poetik, həm də tənqidi düşüncəyə çevrilir.

Elmi proqnozlara görə, çağdaş əsrin sonuna qədər Xəzər dənizinin sahəsi 25 faizə qədər azala bilər. Tarix boyu Xəzərin su səviyyəsi dövri şəkildə dəyişmiş olsa da, bu gün baş verən proseslər geri dönməz xarakter daşıya və birbaşa antropogen dövrlə əlaqəli ola bilər", - deyə kurator əlavə edib.

Sərginin, həmçinin filosof Həsən Quliyevin "Arxetipik azərilər: mentalitetin simaları" kitabına istinad olunduğunu diqqətə çatdıran Zəhra Məmmədova söyləyib: "Bu əsərdə dənizin əksər hallarda müqəddəs bir varlıqdan daha çox təhlükə və ya resurs kimi qəbul edildiyi qeyd olunur. Sərgi belə bir sual ortaya qoyur: görəsən, bu yanaşma dəyişə bilərmi? Xəzər dənizi itki yeri olmaqla yanaşı, eyni zamanda, qayğı göstərilən, təxəyyülü oyadan və mənəvi bağlar quran bir varlıq kimi yenidən mənalandırıla bilərmi?".

Ekspozisiya dənizlə həm tarixi, həm də müasir perspektivdən tanışlığı təklif edir. Sovet dövrü Azərbaycan sənətçilərinin əsərləri və arxiv materialları Xəzərin əsrlər boyu Azərbaycan şüurunun periferiyasında necə mövcud olduğunu nümayiş etdirir: görünən, lakin uzaq, istismar olunan, lakin nadir hallarda canlı orqanizm kimi qəbul edilən. Müasir sənətçilər isə bunun əksinə olaraq, Xəzəri incə və intim bir məkan kimi təsvir edirlər. Müxtəlif media vasitəsilə insanla dəniz, keçmişlə indi, yaddaşla unudulma arasında dialoq qururlar".

Sərgidə Nadir Eminov, Baba Əliyev, Müseyib Əmirov, Ənvər Əsgərov, Lətif Feyzullayev, Hüseyn Haqverdiyev, Mirnaib Həsənoğlu, Gündüz Hunlar, Zakir Hüseynov, Fərhad Xəlilov, Fikrət İbrahimli, Ülviyyə İman, Nadir Qasımov, Novruz Məmmədov, Oqtay Mirqasımov, Aleksandr Mişon, Elvin Nəbizadə, Elnarə Nəsirli, Maral Rəhmanzadə, Rais Rəsulzadə, Əli Rza, Aliya Bayramova & Timur Zaripov, Mirnadir Zeynalov və CHINGIZ kimi müxtəlif nəsillərə mənsub sənətçilərin əsərləri nümayiş olunur.

Tədbir çərçivəsində kurator və yazıçı Dərya Yücel, müstəqil kurator və "Artcom" platformasının təsisçisi Aigerim Kapar və rəssam CHINGIZ-in iştirakı ilə "Xəzər dənizinin kölgəsi mövzusuna həsr olunmuş panel müzakirə də aparılıb.

Sonda Xalq artisti Oqtay Mirqasımovun 1965-ci ildə ekranlaşdırdığı "Dəniz" adlı sənədli film nümayiş olunub.

Nümayişdən əvvəl çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd edib ki, ötən əsrin 60-cı illərində sənədli filmlərə yeni nəfəs gətirən nümunələr meydana çıxmışdı. Bu filmlərin özünəməxsus poetik dünyası var. "Dəniz" filmi də məhz bu dövrün məhsuludur.

Ekran əsərinin çoxulduzlu aktyor heyətinə məxsus olduğunu diqqətə çatdıran C.Quliyev deyib: "Ekran əsəri cəmi 17 dəqiqə davam edir və dialoqdan istifadə olunmur. Sadəcə, musiqi və səslərlə müşayiət olunur. Musiqi isə əsasən dənizi təsvir edir və onun ovqatını ötürür".
 

Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 Aprel 2025 23:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see771

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see215

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see182

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see175

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see159

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see159

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see155

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see153

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see149

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see142

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see139

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see136

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri