Leyla Əliyeva, İordaniya şahzadəsi və ICCROMun baş direktoru Manqurt tamaşasını izləyiblər Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, COP29 çərçivəsində ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığının şahzadəsi, UNESCO-nun xoşməramlı səfiri, Petra Milli Trestinin prezidenti Dana Firas və ICCROM-un baş direktoru Aruna Françeska noyabrın 17-də Azərbaycan Dövlət Pantomima Teatrında "Manqurt" tamaşasını izləyiblər.
Dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun "Gün var əsrə bərabər" əsərinin motivləri əsasında hazırlanan səhnə əsərinin quruluş müəllifi Ceyhun Dadaşov, rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Elman Rəfiyev, plastik həll üzrə rejissoru Xalq artisti Bəxtiyar Xanızadədir. Tamaşada teatrın bütün aktyor heyəti çıxış edir.
Uzun illərdir teatrın repertuarda olan tamaşa bu mövsümdə sənətsevərlərə yeni üslubda təqdim edilir.
Səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Qalereya
Baxış sayı:69
Bu xəbər 18 Noyabr 2024 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















