Leyla Əliyeva K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya və Elmi Tədqiqat Mamalıq və Ginekologiya institutlarını ziyarət edib
Dekabrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunu və Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunu (6 saylı doğum evi) ziyarət edib.
Pravda.az-ın məlumatına görə, tibb ocaqlarının fəaliyyəti ilə tanış olan Leyla Əliyeva burada müalicə alan uşaqların valideynləri ilə görüşüb. Səhiyyə naziri Teymur Musayev Heydər Əliyev Fondunun vitse-prezidentinə bu elmi tədqiqat institutlarında yaradılmış şərait barədə məlumat verib.
Leyla Əliyeva tərəfindən hər iki tibb müəssisəsinə yüksəktezlikli süni tənəffüs cihazları, küvəzlər və digər müasir tibbi avadanlıqlar hədiyyə olunub.
![see](https://icma.az/template/assets/see.png)