Icma.az
close
up
RU
Politoloq: ABŞ və İsrailin mövqelərində haçalanma var

Politoloq: ABŞ və İsrailin mövqelərində haçalanma var

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tramp administrasiyası Qəzzaya nəzarəti öz əlinə keçirmək istəyir

Fələstinin HƏMAS hərəkatı münaqişə başa çatdıqdan sonra Qəzza zolağı üzərindəki idarəçiliyi təhvil verməyə hazır olduğunu bəyan edib. Bu barədə məlumat HƏMAS-ın silahlı qanadı tərəfindən Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman vasitəsilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffa çatdırılıb.

Bildirilib ki, HƏMAS eyni zamanda İsraillə uzunmüddətli atəşkəsə və müharibənin sonlanmasını nəzərdə tutan razılaşma çərçivəsində bütün əsirlərin azad olunmasına da razılıq verib.


Politoloq Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, İsrailin 2024-cü ildə ardıcıl həyata keçirdiyi əməliyyatlar, HƏMAS liderləri İsmayıl Haniyə və Yəhya Sinvarın öldürülməsi təşkilatı olduqca zəiflədib. Ekspert hesab edir ki, hazırda HƏNAS-ın əsas hədəfi silah yerə qoymaq, əvəzində legitim siyasi təşkilata çevrilərək Fələstin Muxtariyyətinin idarə edilməsində iştirak etməkdir: 


"Bu, ABŞ, İsrail, Misir, İordaniya, Qətər və Türkiyə kimi Fələstin məsələsində maraqlı ölkələrin ortaq razılaşması ilə həll ediləcək məsələdir. Ancaq əsas sual Qəzzanın idarəsinin HƏMAS-dan sonra kimdə olacağı ilə bağlıdır. HƏMAS idarəetmənin Ramallahda yerləşən və Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin Muxtariyyətinə verilməsini dəstəkləyir. Ərəb ölkələri də məhz bu variantdan yanadır. Ancaq İsrail tərəfi və Tramp administrasiyası bu varianta çox da isti baxmır. Onların əsaslandırmasına görə, Ramallahdakı hökumət Qəzzaya nəzarət edəcək gücdə deyil. Belə olan halda Qəzzaya Misirin idarəçiliyinin bərpa edilməsi variantı da aktualdır. Vaşinqton bunu bir yolla qəbul edir ki, Qəzzadakı 2 milyona yaxın fələstinli Misirə köçürülsün və onlara vətəndaşlıq verilsin. Ancaq Qahirə ABŞ tərəfindən Qəzzanın bərpası üçün yardım ayrılması və evini itirən insanlara yeni mənzillər tikilməsini təklif edir. Bu variantın da qəbul ediləcəyi ehtimalı zəifdir".


Z.Əmrəliyev qeyd edib ki, Qəzzaya nəzarət məsələsində ABŞ və İsrailin mövqelərində də haçalanma var:

 "Tramp administrasiyası BMT mandatı altında Qəzzanın onun nəzarətinə verilməsi, insanların köçürülməsi və burada yeni yaşayış məskənlərinin salınmasını istəyir. Benyamin Netanyahu hökuməti isə Qəzzanın birbaşa İsrail idarəçiliyinə verilməsini tələb edir. İsrail hökuməti bildirir ki, daimi sülhün əldə edilməsi üçün ən doğru variant budur. Ancaq bu, beynalxalq birliyin ciddi etirazını doğura bilər. HƏMAS-ın çəkilməsi bir problemin bitməsi, daha bir problemin meydana gəlməsi deməkdir. Bununla belə, Qəzzada idarəetmədən daha ciddi sayılacaq problemlər atəşkəsin əldə edilməsi, humanitar böhranın aradan qaldırılması və əsirlərin azad edilməsidir. Bunlar öz həllini tapmadan Qəzzada insanlıq dramı yaşanmaqda davam edəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:331
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Aprel 2025 04:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see332

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see328

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see303

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see292

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see283

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see282

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see255

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see255

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see245

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see237

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see230

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see226

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see226

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see221

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see220

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see215

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see214

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see209

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see198

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri