Icma.az
close
up
RU
Leyla və Arzu Əliyevalar bulvarda “Zamanın səsini dinlə” fotosərgisinin AÇILIŞINDA FOTO

Leyla və Arzu Əliyevalar bulvarda “Zamanın səsini dinlə” fotosərgisinin AÇILIŞINDA FOTO

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dənizkənarı Milli Parkda “Zamanın səsini dinlə” fotosərgisinin açılışı olub. Sərginin məqsədi müdriklik, təcrübə ilə dolu həyat dövrünü nümayiş etdirməkdir. Burada təqdim olunan fotolarda ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinlərinin simaları əks olunub.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun, Mədəniyyət Nazirliyinin və Dənizkənarı Bulvar İdarəsinin təşkilatçılığı ilə keçirilən fotosərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva iştirak ediblər.
Fotosərgi ilə tanış olan Leyla Əliyeva və Arzu Əliyeva ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb və xatirə şəkilləri çəkdiriblər.
Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin 78 yaşlı sakini Validə Həsənova bildirib ki, öz şəklini görəndə çox fərqli hisslər keçirib. “Heydər Əliyev Fondu bizə şərait yaratdı ki, özümüzü kənardan görək. Müəssisənin həyətində milli geyimdə çəkdirdiyim şəkil çox xoşuma gəldi. Bizə diqqət və qayğı göstərdikləri üçün Heydər Əliyev Fonduna minnətdaram. Sağ olsunlar ki, bizi yaddan çıxarmırlar".
Müəssisənin digər sakini - 77 yaşlı Hüseyn Ələkbərov onlara ahıllar evində yaradılan şəraitdən məmnunluğunu ifadə edib. H.Ələkbərov ahılların hər zaman Heydər Əliyev Fondunun qayğısını hiss etdiklərini, fotosərginin də həmin diqqətin başqa bir növü kimi onlarda xoş təəssürat yaratdığını qeyd edib.
“Zamanın səsini dinlə” fotosərgisi şəhər sakinlərinin də marağına səbəb olub.
Kameranın obyektivi bizə yalnız simaları təqdim etmir, həm də gözlərdə, üz cizgilərində və baxışlarda həkk olunmuş hissləri, emosiyaları çatdırır. Hər bir fotoşəkil müasir dünyanın səs-küylü təlaşı arasında itən zamanın sədasını eşitmək imkanı yaradır.
Sərgi mövzu qəhrəmanlarının istiqanlılığından və iradələrinin möhkəmliyindən ilhamlanıb.
Bu insanların xatirələri keçmişə aparan bir körpüdür. Çünki onların əksəriyyəti ölkəmizin çətin və keşməkeşli dövrlərində yaşamış, indiki dünyamızı formalaşdıran mühüm hadisələrin şahidləri və iştirakçıları olublar.
“Zamanın səsini dinlə” sərgisi ahıl insanlara hörmətin, diqqətin və qayğının nə qədər vacib olduğunu düşünməyə çağırır. Çünki bu qayğı onların ömrünü uzadır, həyatlarını daha da işıqlı və gözəl edir.











Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Dekabr 2024 21:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəhid qardaşı: Valideynlərim onun qalıqlarının tapıldığını eşitsələr də, dəfnini görmədilər

04 İyul 2025 18:41see130

60 yaşdan sonra gündə 4 fincan kofe içsəniz...

05 İyul 2025 04:47see127

Bu məhsul marketlərdən yığışdırılır Təhlükəli bakteriya aşkarlanıb

05 İyul 2025 04:04see127

Pezeşkian: Azərbaycan İran əlaqələrində yeni səhifə açılıb

04 İyul 2025 18:54see126

Trampın gözlənilməz tarifləri və...

05 İyul 2025 00:26see125

Bu tarixdə Azərbaycanda istilər başlayacaq

04 İyul 2025 18:36see125

Gərginləşən Rusiya Azərbaycan münasibətlərinin əsl səbəbi… Aqil Ələsgər “CNN Türk”də şərh etdi (VİDEO)

04 İyul 2025 19:22see123

Çin Avropa İttifaqı ilə ticarət müharibəsinə qoşulur...

04 İyul 2025 19:05see122

Səhnədə badə qaldırdı, yerə yıxıldı Video

04 İyul 2025 23:48see119

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb FOTO

05 İyul 2025 01:16see119

Benzin mühərrikdən imtina edən şirkətin satışları 98 faiz azaldı

04 İyul 2025 17:49see119

Qəbələ rəsmən növbəti transferini açıqladı

04 İyul 2025 21:32see119

Portuqaliyalı ulduz İstanbula gəldi

05 İyul 2025 01:26see118

Şəkidə yük və minik avtomobilləri TOQQUŞDU: İkisi körpə olmaqla dörd nəfər xəsarət aldı

05 İyul 2025 15:18see117

UEFA “Barsa”nı 60 milyon cərimələdi

05 İyul 2025 06:10see117

Şəmkirdə 3 nəfər göldə boğuldu

04 İyul 2025 18:10see116

İkili diplom proqramlarının məzun və tələbələrinin sayı açıqlanıb

04 İyul 2025 23:35see116

BŞİH Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piketlə bağlı müraciəətinə cavab verib

04 İyul 2025 18:20see114

Məhkumlar arasında badminton yarışı keçirilib FOTOLAR

05 İyul 2025 10:02see114

Üç qardaş Xankəndidə xatirə şəkli çəkdirdi VİDEO

04 İyul 2025 21:28see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri