Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

Roma nın Raspadori planı

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

Leysan Məmmədov korrupsiya “təcrübəsini” yeni iş yerində də tətbiq etməkdədir Sabiq məmur haqqında İDDİA

Leysan Məmmədov korrupsiya “təcrübəsini” yeni iş yerində də tətbiq etməkdədir Sabiq məmur haqqında İDDİA

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

İşğaldan azad olunmuş ərazilərdə tikinti quruculuq işlərinin görülməsi ilə bağlı keçirilən tender prosedurlarında korrupsioner məmur müdaxilələrinin olmasına şübhələr getdicə artmaqdadır. 23.01.2025- ci ildə və 31.01.2025- ci ildə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa ,Tikinti və İdarəetmə Publik Hüquqi Şəxs tərəfindən elan olunmuş tenderlərdə ümumi olaraq 27 təchizatçı şirkət iştirak etsə də nəticə dəyişməz olaraq “ Dövlət Satınalmaları haqqında” Qanunun 33.13 cü maddəsinə əsasən “SMTS” MMC- nin qalib olunması ilə yekunlaşmışdır.
Mahiyyət etibarı ilə bu qanun imkan verir ki, uyğunluq sertifikatı əldə etmiş təchizatçıya güzəştlər tətbiq edilsin.Amma bu güzəştlər gizli sövdələşməyə və dövlət büdcəsinin talanmasına əsas verməməlidir. Reallıq ondan ibarətdir ki, tenderdə iştirak edən və qalib elan olunan istənilən təchizatçı yerli istehsal mal-materiallarından istifadə edir. Çünki kommersiya baxımından təchizatçı üçün sərfəlidir. Bu tenderlərdə də büdcəyə qənat prinsipini əsas götürərək daha münasib qiymət təklifi ilə çıxış edən təchizatçılar olmuşdur. Məsələn: “SMTS” MMC “Ağdam şәhәri 4 nömrәli yaşayış massivi, 1-ci vә 2-ci mәhәllәlәr üzrә çoxfunksiyalı orta mәrtәbәli yaşayış binalarının tikintisi işlәri üçün 36 586 240.32 manat, 5və 6 məhəllələr üzrə 36 536 755.81manat,7 və 8 məhəllələr üzrə 26 013 265.20 manat verdiyi qiymət təklifinə qarşı ardıcıl olaraq "KÖRPÜ­BİNA­TİKİNTİ"MMC 33442792.68 , 33336108.46 manat və “ AZӘRSUTӘCHİZATTİKİNTİ AÇIQ SӘHMDAR CӘMİYYӘTİ 23799994.34 manat qiymət təklifi vermişdir.Göründüyü kimi 3 (üç) tender üzrə dövlət büdcəsindən əlavə 8 556 366 manat vəsaitin heç bir zərurət olmadan leqallaşdırılması təmin olunub.Hansı ki, bu vəsaitlə əlavə onlarla fərdi yaşayış mənzilləri tikilə bilərdi. Azərbaycanın tikinti sektorunda kifayət qədər təcrübəyə malik olan "KÖRPÜ­BİNA­TİKİNTİ"MMC kimi təşkilatların hüquqlarının hansısa məmurun şəxsi maraqları naminə pozulması qəbuledilməzdir. Bu gizli sövdələşmələrin olması üçün şübhələrə yol açır. Eyni zamanda tenderdə iştirak edən 26 təchizatçının hüquqlarının kobud surətdə pozulması və növbəti tenderlərin şəffaf keçiriləcəyinə inamsızlıq yaradır.
Hər birimizdə bu ərazilərdə görüləcək işlərin ən azı şəhidlərimizin ruhu naminə şəffaflığın maksimum təmin olunacağı inamı yaranmışdı. Çünki bu milli mənəvi və eyni zamanda separatçı ünsürlər üçün bir psixolojı məsələ idi.Təəssüflər olsun ki, satınalınma təşkilatların bəzi korrupsioner ünsürləri büdcəyə qənaət yox ,sözün əsl mənasında qənim prinsipləri ilə çalışırlar. Şəxsi mənafe düşkünləri “Dövlət Dövlət Satınalmaları haqqında” Qanunun 33.13 maddəsindən dövlət büdcəsindən əlavə vəsaitlərin alınması üçün süni istifadə edərək həm öz kapitallarını artırır, həm də oğurladıqları vəsaiti qanuniləşdirirlər. Bunun adı dövlət vəsaitini açıq talamaqdır. Cəmiyyətdə adı korrupsioner məmur kimi hallanan ünsürlərin işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərində məsul vəzifələri daşımaları şəffaf rəqabətin yaranmasındə böyük şübhələrə yol açır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 maddələrinə əsasən təkrar törədilməklə külli miqdarda mənimsəmə və israf etmə eyni zamanda, 308-2 ci maddəsinə əsasən “Dövlət satınalmaları haqqında” qanunvericiliyin pozulması hallarına əsaslı şübhələr var. Bütün sadalananlar 2024-2025- ci il aralığında keçirilən adı çəkilən tenderlərin araşdırılmasına və hüquqi qiymətin verilməsinə kifayət qədər əsas verir. Eyni zamanda, güzəşt tətbiqi prosesinin hüquqi əsaslarla yoxlanmalı və hər bir təchizatçının təklif qiymətləri araşdırılmalıdır.
Əlavə olaraq qeyd etmək istəyirik ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa ,Tikinti və İdarə etmə Publik Hüquqi Şəxsin İcraçı direktoru Leysan Məmmədovdur. Bu həmin Leysan Məmmədovdur ki, 2009 - 2021-ci illərdə Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətində direktor müavini vəzifəsində işlədiyi dövr ərzində Hesablama Palatasının araşdırmaları zamanı külli miqdarda korrupsiya hallarına yol verdiyi məlum olmuşdur.Hesablama Palatası Gənclər və İdman Nazirliyinin rəhbərliyinə törədilmiş hüquqpozmalara görə müvafiq olaraq cinayət və inzibati məsuliyyətin müəyyən edilməsini tövsiyə etsə də nazirlikdən hüquq-mühafizə orqanlarına hər hansı müraciətin göndərilməməsi də şübhə doğurur.Görünür, Leysan Məmmədov korrupsiya “təcrübəsini” yeni iş yerində də tətbiq etməkdədir.
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Avqust 2025 20:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see268

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see241

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see228

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see222

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see203

Məşhur bir hiylə paltaryuyan maşınınıza zərər verə bilər

25 Dekabr 2025 18:54see192

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see174

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see166

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see165

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see155

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see148

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see146

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see144

Milad Bayramı nədir? İnsanlar bu günü necə qeyd edir?

25 Dekabr 2025 22:54see144

Lavrovun müavini Azərbaycan səfiri Rəhman Mustafayevlə görüşüb

25 Dekabr 2025 19:17see140

Roma nın Raspadori planı

25 Dekabr 2025 23:10see138

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see138

Paşinyan Bakı xəstəxanasındakı Vaqifdən danışdı: Xəbərim var...

26 Dekabr 2025 01:59see133

“Hansısa sahədə ödənişli fəaliyyət göstərmək insanı avtomatik olaraq nə ekspert edir, nə də ekspertlikdən çıxarır”

26 Dekabr 2025 00:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri