Leysan yağacaq, bəzi dağ çaylarından sel keçəcək
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında noyabrın 30-dan dekabrın 2-si gündüzədək fasilələrlə yağış yağacağı ilə bağlı xatırlatma edilib.
Qeyd olunub ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Bildirilib ki, Azərbaycanın rayonlarında noyabrın 29-u axşamdan dekabrın 2-si axşamadək bəzi yerlərdə havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Həmçinin bildirilib ki, yağıntılarla əlaqədar çaylarda sululuq artacaq, bəzi dağ çaylarından qısamüddətli sel keçəcək, havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 29 Noyabr 2026 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















