Leysan yağışlar 56 can aldı KONKRET
Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.
Hindistanın Uttar-Pradeş ştatında sentyabrın 25-26-da yağan güclü yağışlar nəticəsində azı 56 nəfər həyatını itirib, 46 nəfər xəsarət alıb.
KONKRET.az xəbər verir ki, “The Times of India” ən çox ölüm faktının Sitapur rayonunda qeydə alındığını yazıb. Qeyd edilib ki, Sitapurda 7, Lakhimpur Kheri, Bahraich və Balrampur rayonlarının hər birində 5 nəfər, Ayodhya və Goraxpurda isə 4 nəfər həyatını itirib.
Güclü yağıntılar nəticəsində 1 021 evə ziyan dəyib. Ştat üzrə 107 heyvanın tələf olduğu bildirilib. Əkin sahələrinə də ciddi zərər dəyib və məhsul itkisi ilə bağlı qiymətləndirmələr davam edir.
Məlumata əsasən, Uttar-Pradeşdə 48 saat ərzində orta hesabla 66,5 millimetr yağıntı düşüb. Bu göstərici normadan 775 faiz çoxdur. Ştatın 75 rayonundan 56-sında yağıntı “kəskin yüksək” səviyyədə qeydə alınıb.
Farruxabad rayonunda yağıntının normadan 7 385 faiz, Kannauçda 5 664 faiz, Şahcahanpurda 4 408 faiz, Hamirpurda 4 240 faiz və Mahobada 4 100 faiz çox olduğu bildirilib.
Hindistan Meteorologiya Departamenti sentyabrın 26-27-də son dərəcə güclü yağışla bağlı xəbərdarlıq edib.
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 27 Sentyabr 2026 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















