Leysanlı havada küçələri süpürtdürdülər Bakıda bu da oldu FOTO
Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Bakıda yağışlı hava şəraitinə baxmayaraq, bir qrup süpürgəçinin yollarda işlədildiyi iddia olunur.
“Bakupost” xəbər verir ki, bu barədə Haldun Novruzzadə adlı vətəndaş sosial şəbəkədə paylaşım edib.
O, Heydər Əliyev prospektində çəkdiyi fotonu paylaşaraq Nizami Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin işçiləri yağış altında yol süpürtdürdüyünü bildirib.
“Çöldə leysan var, Nizami Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi insanları Heydər Əliyev prospektinə töküb yol süpürtdürür. Gəlib keçən avtomobillər suyu onların üstünə vurur, göz-gözü görmür. Hansısa maşın bu adamlardan birini vursa, təqsir birbaşa Nizami Rayon İcra Hakimiyyətinin başçısının olacaq. Biabırçılıqdır, vallah”, - deyə paylaşım sahibi bildirib.
Lalə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 08 Sentyabr 2026 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















