Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

LGBT və pedofiliya TƏBLİĞATI... Qərb gürcü milli kimliyini məhv etmək İSTƏYİR TƏHLİL

LGBT və pedofiliya TƏBLİĞATI... Qərb gürcü milli kimliyini məhv etmək İSTƏYİR TƏHLİL

Icma.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.

Qərb Gürcüstanı zorla “demokratikləşdirmək” istəyir. Bu “demokratikləşmə” prosesində isə Gürcüstanın dövlət və milli maraqları qətiyyən nəzərə alınmır. Tək bir faktı deyək ki, Gürcüstanın 20 faiz ərazisi işğal altındadırAmma ötən 30 ildə bununla bağlı Qərb heç bir konstruktiv addım atmayıb. Hətta bu məsələnin siyasi müzakirəsini aparmaq belə istəmir.
Əvəzində isə Gürcüstana Qərb dəyərləri təlqin edilir. O dəyərlər ki, gürcü xalqının milli dəyərləri və kimliyi ilə daban-dabana ziddir.
Qərb Gürcüstana ötürdüyü dəyərlər hansılardır?
İlk növbədə narkomaniya. BMT-nin narkotiklərə qarşı beynəlxalq konvensiyalarını həyata keçirmək üçün təsis etdiyi müstəqil qurum olan Beynəlxalq Narkotiklərə Nəzarət Şurasının son hesabatında qeyd edilir ki, son 20 ildə Cənubi Qafqaz mühüm narkotik vasitələrin tranziti regionuna çevrilib və regionda narkotikdən istifadə əhəmiyyətli dərəcədə artıb.
Hesabata əsasən, Cənubi Qafqazda narkotik istifadəsi statistikasında Gürcüstan liderdir. Bu ölkədə yeniyetmələr arasında narkotikdən istifadənin göstəriciləri Avropadakından iki dəfə çoxdur. Rəsmi qurumların məlumatlarında, uşaqlar və gənclər arasında narkotik vasitələrə aludəçiliyin həm də İİV və QİÇS-in yayılması kimi fəsadlara da yol açması vurğulanıb.
Bütün dünyada izlənilən, hətta Afrika qitəsində belə inkişaf tempinin aşağı düşdüyü İİV və QİÇS infeksiyasının Gürcüstanda geniş yayılması faktı olduqca düşündürücüdür. Nəzərə alaq ki, Qərbin təkidi və Konstitusiya Məhkəməsinin qərarı ilə 2018-ci il iyulun 30-dan Gürcüstanda marixuananın istifadəsi qanuniləşdirilib. Ən pisi də odur ki, Gürcüstan rəsmi qaydada marixuananın ixracatçısına çevrilib.
Qərbin Gürcüstana daha bir “töhfəsi” LGBT-dir.
Qərb rəsmi Tiflisdən tələb edir ki, eynicinslilərin evliliyi qanuniləşdirilsin və LGBT gənclər arasında daha geniş şəkildə təşviq edilsin.
Nəzərə alaq ki, LGBT təbliğatı artıq Avropanı ciddi demoqrafik problemlərə üz-üzə qoyub. Avropa Parlamentinin LGBT Hüquqları Müdafiəçiləri Platformasının dərc etdiyi sənədlərdəki açıq məlumatlara görə, son 7 ildə Avropada LGBT icmasına mənsub olduqlarını bildirənlərin sayı 5 dəfə artıb. Avropa bu “dəyərlərini” bütün dünyaya o cümlədən Gürcüstana ixrac etməkdə qərarlıdır.  
Təəssüflə deməliyik ki, Gürcüstan Cənubi Qafqazda LGBT təbliğatının hətta azyaşlılar arasında sərbəst aparıldığı ölkədir. Ölkədəki ictimai-siyasi fəalların zaman-zaman irad bildirdikləri bu təbliğat QHT-lərin ölkədəki qlobal “fastfood” şəbəkə restoranları ilə birgə reallaşdırdığı sosial proqramların ayrılmaz hissəsidir.
Bunun nəticəsidir ki, Gürcüstanın LGBT təbliğatını rəsmən qadağan etməsi Qərbin ciddi etirazlarına səbəb olmuşdu.
Avropa İttifaqının Gürcüstandan tələb etdiyi “dəyərlər”dən biri də “cinsi ehtiyacların müxtəlifliyi” adı altında gizli təbliğ olunan pedofiliyadır. Ölkədə, ümumiyyətlə, cinsi ehtiyacların müxtəlifliyi təbliğatı son 20 ilin ən çox maliyyə xərclənən layihələrindəndir. Cinsi ehtiyacların müxtəlifliyi adı altında gizli təbliğ olunan pedofiliya Gürcüstanda epidemiya halında bütün ölkəyə yayılıb.
Rəsmi statistikaya görə, 2023-cü ilin ilk 3 ayında 46, ilk 5 ayında 75 uşaq cinsi istismara məruz qalıb. Bu müddət ərzində cinsi zorakılıq və şiddət görmüş uşaqların sayı isə 633 nəfərdir. Adətən cinsi istismar və fiziki zorakılıq halları haqqında statistikanın real vəziyyəti tam əhatə etmədiyini nəzərə alsaq, vəziyyət doğurdan da dəhşətli mənzərə alır.
Qərbin Gürcüstandakı missionerləri…
Yuxarıda sadaladığımız və sadalamadığımız “Qərb dəyərləri” Gürcüstana əsasən QHT-lər vasitəsilə idxal olunur. Nəzərə alaq ki, Gürcüstanda 25 mindən artıq QHT var. Bu təşkilatların böyük əksəriyyəti Qərbə nökərçilik edir.
Bundan əlavə, Gürcüstanda Qərbin müxtəlif fondlarının və təşkilatlarının regional ofisləri var. Bu ofislər həm də “Qərb dəyərləri”ni region ölkələrinə ixrac etməklə məşğuldur. Təbii ki, məhv olan genefondu xilas etmək üçün rəsmi Tiflis son zamanlar qəti addımlar atır.
Həmin tədbirlərdən biri də  “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbuludur. Bu qanun layihəsi dəfələrlə parlamentin gündəliyinə daxil edilsə də, Qərbin təzyiqləri ilə müzakirələr hər dəfə yarımçıq qalırdı. Nəhayət 2024-cü ilin iyununda bu qanun qüvvəyə mindi. Bundan sonra isə Qərblə Gürcüstan arasında soyuq müharibə başladı.
Son günlərsə Gürcüstanda vəziyyət xeyli gərginləşib.
Qərbin pul kisəsindən asılı olan QHT-lər Tiflis küçələrini qana boyamaq və son nəticədə növbəti dəfə rəngli inqilab etmək üçün dəridən qabıqdan çıxırlar. Nəzərə alaq ki, etirazçıların önündə prezident Salome Zurabişvili gedir. Onun bu qədər aktiv olması təsadüfi deyil. Çünki Zurabişvili həm də Fransa vətəndaşıdır. O, hətta bir dönəmlər Fransa XİN-də çalışıb.
Zurabişvilinin hətta prezident Emmanuel Makronla xüsusi yaxınlığı var. Nəzərə alaq ki, Makron da Avropada LGBT-nin əsas təbliğatçılarından biridir. Ona görə də Zurabişvilinin Makronla yaxınlığı heç də təəccüblü deyil. Bu da o deməkdir ki, Salome xanım gürcü xalqından daha çox, Qərbin maraqlarını güdür. Ona görə də onun üçün Gürcüstanın ərazi bütövlüyünün təminatı, milli dəyərlər bəlkə də ən sonuncu məsələdir. Əsas hədəf odur ki, Gürcüstan sürətlə “mavi”ləşsin, narkomaniya gənclərin gündəlik həyat tərzinə çevrilsin.
Qərb Gürcüstan iqtisadiyyatı üçün nə vəd edir?
İqtisadi müstəvidə Qərb Gürcüstana yaxşı heç nə vəd etmir. Olsa-olsa 100-130 milyon dollar dəyərində  malliyyə yardımı verilə bilər. Bu isə Gürcüstan büdcəsinin 2 faizindən də az vəsaitdir. Amma artıq Qərb Gürcüstana iqtisadi yardımlarını dayandırıb. ABŞ və Avropa İttifaqının Gürcüstanla strateji əlaqələri nəzərdə tutan müqavilələri dayandırması, rəsmi Tiflisə qarşı həm də siyasi təzyiqdir. 
Son günlər Tiflisdə baş verənlərlə, 2014-cü ildə Ukraynada baş verən Maydan hərəkatı arasında böyük oxşarlıqlar mövcuddur. O dövrdə Qərbin siyasi müdaxilələri Ukraynanı uzunmüddətli qeyri-sabitliyə sürüklədi.2014-cü ildə Ukraynada hökumətin devrilməsi, daxili qarışıqlıq və ərazi itkiləri ilə nəticələndi. Krım itirildi, Luqansk və Donetskdə separatizm baş qaldırdı.
Statistikaya görə, Maydan hadisələrindən sonra Ukraynanın iqtisadiyyatı 2014-2015-ci illərdə 16.5% azaldı və inflyasiya 43% həddinə çatdı.
2014-2015-ci illərdə qrivnanın dəyəri ABŞ dollarına nisbətdə təxminən 70% ucuzlaşdı. Bu gün isə Ukrayna dünya xəritəsindən silinmək ərəfəsindədir. Hazırda Gürcüstan iqtisadiyyatı da bu acı reallıqla üz-üzədir.
Qərb rəsmiləri Tiflis küçələrində nə axtarır?
Son günlər Tiflisdəki etiraz mitinqlərində ABŞ və Avropa dövlətlərinin rəsmilərinə daha çox rast gəlinir. Onlardan biri də Aİ-nin Tiflisdəki səfiri Pavel Qerçinskidir. O demək olar ki, hər dəfə mitinqlərə qatılır. Etirazçıları qarışıq salmağa və hətta qan tökməyə çağırır.
Qeyd edək ki, səfir Qerçinski hələ seçkiöncəsi açıq şəkildə bildirib ki, oktyabrda keçiriləcək seçkilərdən sonra yeni hökumət formalaşdırılsa, yenidən Avropa İttifaqına daxil olmaq üçün ciddi işə başlanılacaq:
“Əgər İvanişvilinin komandası devrilsə, o zaman Aİ öz qapılarını gürcülərin üzünə açacaq”.
Bu gün o İvanişvilinin komandasının devrilməsi üçün küçələrə düşüb. Daha bir “fəal” isə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişerdir. O etirazçılarla davamlı görüşlər keçirir və ictimai sabitliyin pozulması üçün hər çür təxribatı təşviq edir.
Ən pisi də odur ki, Gürcüstan həqiqətləri beynəlxalq aləmə təhrif olunmuş şəkildə, Qərbin siyasi maraqlarına uyğun şəkildə təqdim edilir. Baxmayaraq ki, ABŞ və Aİ hər zaman digər ölkələri onlara qarşı hibrid müharibə aparmaqda günahlandırır.
Bütün bu yersiz ittihamların qarşısında Qərb Gürcüstanı informasiya blokadasına alıb. Gürcüstanın dövlət və milli maraqları Qərbin nəhəng informasiya resuslarının qərəzli təbliğatı hesabına ayaqlar altına atılıb. Klassik variantla – insan haqları adıyla Gürcüstanın milli və dövlət maraqları görməzlikdən gəlinir.
Ölkə vətəndaş müharibəsinə sürüklənir.
Bu isə təkcə Gürcüstan üçün yox, bütövlükdə region üçün ciddi təhdid deməkdir. Nəzərə alaq ki, Azərbaycanın Qərbə çıxışı əsasən Gürcüstan üzərindəndir. Ona görə də Gürcüstandakı vəziyyət Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir.
Bununla belə, Gürcüstan dövləti də, gürcü xalqı da qətiyyətli görünür. İnanırıq ki, gürcü xalqı Qərbin bayağı həyat tərzinin yox, Gürcüstanın ərazi bütövlüyünün və suveren hüquqlarınan ardınca gedəcək.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 02 Dekabr 2024 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see493

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see393

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see383

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see329

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see296

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see296

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see287

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see218

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see212

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see185

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see170

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see168

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see167

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see162

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see155

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see139

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see126

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri