Icma.az
close
up
RU
Liberallar İsveçdə əmək miqrasiyası qaydalarının yumşaldılmasına nail olublar

Liberallar İsveçdə əmək miqrasiyası qaydalarının yumşaldılmasına nail olublar

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Stokholm, 7 oktyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Əmək bazarı siyasəti məsələlərində əməkdaşlıqda iştirak edən partiyalar arasında yaranan fikir ayrılıqlarından sonra liberallar koalisiya sazişinə dəyişikliklər edərək əmək miqrantları üçün planlaşdırılan minimum əməkhaqqı səviyyəsinin artırılmasının qarşısını alıblar.

AZƏRTAC xəbər verir ki, əvvəl planlaşdırıldığı kimi minimum əməkhaqqının median maaşının 100 faizi səviyyəsinə qaldırılması əvəzinə bu göstərici 90 faiz səviyyəsində müəyyənləşdiriləcək ki, bu da ayda 33 min 390 krona (təxminən 2940 ABŞ dolları) bərabərdir.

“Tidö sazişi”ndə ilkin olaraq minimum əməkhaqqının İsveçdəki median maaşının 80 faizindən 100 faizinə qaldırılması nəzərdə tutulmuşdu. Lakin liberallar bu artıma qarşı çıxıblar.

İnteqrasiya naziri Simona Moxamsson bildirib ki, əldə olunan kompromis islahatı daha balanslı edəcək və İsveçin qapılarının ixtisaslı işçilər üçün açıq qalmasına kömək göstərəcək.

Öz növbəsində miqrasiya naziri Yohan Forssell qeyd edib ki, bu qərar kadr çatışmazlığının qarşısını almağa və iqtisadi artımı dəstəkləməyə imkan verəcək.

Eyni zamanda hökumət Miqrasiya Xidməti və Məşğulluq Xidməti tərəfindən hazırlanmış, yeni tələblərdən azad edilə biləcək 152 defisit ixtisasın siyahısını ləğv edib. İndi isə hansı ixtisasların istisna olunacağını birbaşa hökumət müəyyən edəcək.

“Beləliklə, biz lazımsız bürokratiyadan qaçırıq və məsələn, həkimlərə və ya İT məsləhətçilərinə İsveçdə işləmək daha asan olacaq”, – deyə Forssell əlavə edib.

Hazırkı hökumət hakimiyyətə gələn zaman gəlir həddi cəmi 13 min kron (təxminən 1150 dollar) idi. Forssellin sözlərinə görə, bu, fırıldaqçılıq və istismar hallarına geniş zəmin yaradırdı.

Əvvəllər minimum gəlir həddinin azaldılmasına qarşı çıxan İsveç Demokratları isə bunun müqabilində ailə birləşməsi qaydalarının sərtləşdirilməsinə nail olublar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see667

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see317

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see313

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see259

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see198

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see192

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see178

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see155

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see148

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see146

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see144

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see144

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see126

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri