Icma.az
close
up
RU
Lider qətiyyəti və hədəflər

Lider qətiyyəti və hədəflər

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan TDT-nin sadəcə üzvü deyil, həm də əməkdaşlığa ən çox töhfə verən tərəfdaşdır

Bu gün bütün dünya Azərbaycan paytaxtının təkcə Türk dünyasının nəbzinin vurduğu məkana deyil, həm də eyni soydan gələn məmləkətlərlə yanaşı, regonal və qlobal tərəfdaşlığın mərkəzinə çevrildiyinə şahidlik edir. Mübaliğəsiz deyə bilərik ki, bu, taleyin Bakının alnına yazdığı çağdaş tarixi missiyadır. Əslində, bu missiyanın təməl daşı hələ 100 il bundan əvvəl – 1926-cı ildə Birinci Türkoloji Qurultaya ev sahibliyi edərkən qoyulub. Üstündən bir əsr keçməsinə baxmayaraq bu missiya özünün qətiyyətini və hədəflərini saxlamaqdadır. 

Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 17-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərlə görüşündə təşkilat çərçivəsində çeşidli istiqamətlər üzrə ardıcıl şəkildə görüşlərin üzv  ölkələr arasında intensiv və fəal qarşılıqlı əlaqənin göstəricisi olduğunu dilə gətirməsi girişdə yazdığımız həqiqətin təsdiqi kimi qəbul edilə bilər.

Görünən odur ki, son illər TDT-nin siyasi, iqtisadi və təhlükəsizlik gündəliyinin genişlənməsi təşkilatın nüfuzlu beynəlxalq platforma kimi nüfuzunu xeyli gücləndirib. Məlum prosesdə “bir millətin iki döləti” olan Azərbaycan və Türkiyənin fəal mövqeyi, irəli sürdüyü təşəbbüslər, eləcə də üzv dövlətlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsinə verdiyi töhfələr təkcə regionun deyil, dünyanın diqqət mərkəzindədir. Azərbaycan sadəcə qurumun üzvü deyil, eyni zamanda, çoxvektorlu əməkdaşlığa ən çox töhfə verən tərəfdaş kimi çıxış edir. 

Bakıda TDT-yə üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin Beşinci Toplantısının, bundan bir neçə gün öncə qurumun müsəlman dini liderlərinin toplantısının keçirilməsi onu göstərir ki, Azərbaycan paytaxtı qlobal gündəmi də məşğul edən siyasi, dini və təhlükəsizlik tədbirlərinə ev sahibliyi edir. Burada söhbət heç də adi diplomatik görüşlərdən getmir. Ölkəmiz TDT çərçivəsində təhlükəsizlikdən nəqliyyata, enerjidən investisiyalara, humanitar əlaqələrdən gənclər siyasətinə qədər çox geniş əməkdaşlıq gündəliyinin formalaşdırılmasını təşviq edir.

Prezident İlham Əliyev tədbir iştirakçılarına müraciətində qeyd edib ki, TDT yeni inkişaf mərhələsinə qədəm qoyub və bu səbəbdən quruma üzv dövlətlər arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi strateji əhəmiyət kəsb edir.

***

Sağlam, aktiv mövqe və çoxşaxəli əməkdaşlıq modeli. Azərbaycan TDT platformasında irəli sürdüyü və konkret təşəbbüslərlə dəstəklədiyi bu model müəllifinin qətiyyətini və hədəfləri düzgün müəyyənləşdirdiyini nümayiş etdirir. Rəsmi Bakının xüsusi olaraq seçdiyimiz, nəzərdən yayınmayan bu üç xarakterik cizgisi, əlbəttə ki, TDT dövlətlərinin Azərbaycana olan güvəncin göstəricisidir. Bu, Azərbaycan Prezidentinin son illər yürütdüyü uğurlu xarici siyasətin davamı, dünyada baş verən geosiyasi dəyişikliklərə çevik yanaşma, onların analizindən sağlam nəticə çıxararaq hərəkət etmək kimi yüksək diplomatik qabiliyyətinin göstəricisidir.

İndi əsas hədəf Türk dünyasının sahib olduğu siyasi və iqtisadi potensialını sıx TDT-nin əməkdaşlıq mexanizmləri ilə birləşdirərək, çox yaxın perspektivdə qurumun qlobal münasibətlər sistemində güclü və sözükeçən aktora çevirməkdir. İlham Əliyevin quruma üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərlə görüşündə irəli sürdüyü əsas siyasi tezis məhz bu məntiqə söykənirdi. Xatırladaq ki, təməli 2009-cu ildə Naxçıvanda qoyulan TDT 17 il ərzində böyük yol qət edib və başlanğıcda heç də hamar olmayan həmin yolda üzv ölkələr arasında bir çox sahələri əhatə edən ikitərəfli və çoxtərəfli əlaqələr qurulub. Quruma üzv ölkələrin dövlət başçılarının Zirvə görüşlərinin müntəzəm olaraq keçirilməsi həm münasibətlərin səmimiliyini, həm inkişafın dinamikasını artırıb, eyni zamanda, qarşılıqlı etimadı daha da möhkəmləndirib, onları qarşıya qoyulan strateji hədəflərə addım-addım yaxınlaşdırıb. Bütün müstəvilərdə davam və inkişaf edən dialoqun lokomotivi isə Azərbaycandır. 

Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə 2024-cü ilin iyul ayında Şuşa şəhərində TDT-yə üzv ölkələrin dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə görüşü keçirilib və ildə bir dəfə belə toplantıların keçirilməsi təşəbbüsü dəstəklənib.  Prezident İlham Əliyev bu təşəbbüsün səbəbini də açıqlayıb: “Çünki hesab etdik ki, dövlət başçılarının ildə bir dəfə məhz bu formatda görüşməsi kifayət deyil”. Dövlət başçımızın bu fikri TDT daxilində daha intensiv siyasi dialoqa ehtiyacın yarandığı zərurətini təsdiqləmiş oldu.

***

“TDT ölkələrinin yerləşdiyi ərazidən təkcə bizim üçün deyil, daha geniş coğrafiya üçün də mühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir”. İlham Əliyev bu sözləri ilə onu nəzərə çatdırır ki, TDT indi Avropa ilə Asiya arasında enerji və ticarət axınlarının keçdiyi vacib geoiqtisadi hab kimi çıxış edir. Deməli, bu ticarət marşrutlarının təhlükəsiz və fasiləsiz fəaliyyəti TDT-yə üzv ölkələrin regional və qlobal səviyyədə çəkisini artıran amildir.

Artıq həm TDT üzvlərinin, həm də qlobal oyunçuların qəbul etdiyi reallıq odur ki, strateji mövqeyi sayəsində Mərkəzi Asiya dövlətlərini Avropa ilə birləşdirən əsas tranzit həlqəsi olan Azərbaycan Orta Dəhliz, Zəngəzur dəhlizi və digər marşrutlar vasitəsilə Mərkəzi Asiyanın iqtisadi potensialını beynəlxalq bazarlara çıxarır. Bu fakt TDT dövlətlərini vahid nəqliyyat-logistika şəbəkəsində birləşdirməklə, həm onların iqtisadi potensialını, həm də regional və qlobal təhlükəsizlik məsələlərində qurumun çəkisini artırmağa çixmət edir.

"Ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən, demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur". Prezidentin təkrar etdiyi bu ismarış Azərbaycanın Türk dünyasının bir parçası olaraq bu birliyə verdiyi əhəmiyyəti aydın şəkildə ortaya qoyur. Türk dünyası, TDT rəsmi Bakı üçün bu ailə ortaq kimlik və coğrafi məkan olmaqla yanaşı, siyasi, iqtisadi və strateji əməkdaşlığın dərinləşdiyi əsas müstəvidir. Biz burada da lider qətiyyəti ilə dəqiq müəyyən edilmiş hədəflərin konturlarını görürük. Bu konturlar Azərbaycan–Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsi, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla imzalanmış müttəfiqlik sənədləri, eləcə də birgə investisiya fondlarının yaradılması kimi konkret addımlarda şəkillənir.

Sonda bir daha qeyd etməyə ehtiyac duyuruq ki, qlobal çağırışların trubunası statusunu qazanmış Bakının əsas hədəfi TDT-ni beynəlxalq səviyyədə hamınnı hesablaşdığı böyük siyasi və iqtisadi çəkiyə malik güclü aktora çevirməkdir. Bundan üçün isə quruma üzv dövlətlərin mövcud potensialından ortaq platformalarda səmərəli və uzunmüddətli əməkdaşlıq məntiqi ilə istifadəyə ehtiyav var. Azərbaycanın qətiyyətlə irəli sürdüyü təşəbbüslərin və göstərdiyi hədəflərin  məntiqi məhz budur.

İ.HƏSƏNQALA

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Sentyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see456

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see364

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see294

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see287

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see280

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see257

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see241

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see241

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see235

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see228

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see227

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see220

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see217

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see214

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see206

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see205

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see193

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see184

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see184

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri