Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Birliyimizin təməlində ortaq tariximiz və lider qətiyyəti dayanır

Birliyimizin təməlində ortaq tariximiz və lider qətiyyəti dayanır

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan-Türkiyə birliyinin bu gün nə qədər güclü olduğunu görmək üçün iyunun 19-da Kahramanmaraşda “Azərbaycan”  məhəlləsinin açılış mərasiminə diqqət yetirmək kifayətdir. İki qardaş ölkə Liderinin iştirak etdiyi bu törəndə Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır, sözün həqiqi mənasında, qardaşlıq coşqusu yaşanırdı.  Bu mənzərəni izləyən hər kəs, ilk növbədə, Azərbaycan-Türkiyə qardaşlığını həzm edə bilməyən ümumi bədxahlarımız bir daha əmin oldular ki, ortaq tarixə və milli-mənəvi dəyərlərə söykənən səmimi birlik ən dağıdıcı təbii fəlakətin ağır fəsadlarına  belə, sinə gərmək gücündədir. 


2023-cü il fevralın 6-da qardaş Türkiyədə baş verən zəlzələ 11 əyalətdə 53735 insanın həyatına son qoydu, təsəvvürə gəlməyən dağıntılara yol açdı. Elə bu səbəbdən, o, “Əsrin fəlakəti” adlandırılır. Yaşananlar, həqiqətən, böyük insanlıq faciəsi idi. Buna baxmayaraq, həmin günlər sosial şəbəkələrdə bir insanlıq rəzaləti də yaşanırdı. Azərbaycan və Türkiyənin ortaq bədxahları internet resurslarının onlara aid olan seqmentində öz sevincini gizlətmir,  əsl xislətlərini ortaya qoyaraq can itkisinin çoxluğundan namərdcəsinə zövq alırdılar. Ən dəhşətlisi o idi ki, hər iki cəmiyyətdə öz içərimizdən olan bəzi müxalif siyasətçilər də bu rəzilliyə qoşulmuşdu. Onlar sevinməsələr də, insanlıq faciəsi üzərindən siyasi dividend qazanmğa çalışır, Ərdoğan hakimiyyətini ağlasığmaz iddialarla ən sərt formada tənqid edirdilər. Siyasi natamamlıq sindromunun və uzun illərin siyasi uğursuzluğunun ağırlığı altında əzilən belələri az qala iddia edirdilər ki, təbii fəlakətin günahkarı da guya Ərdoğan hökumətidir. Ölkəmizdəki radikal müxalifətin ayrı-ayrı təmsilçiləri isə ən azından vəfa borcuna sadiq qalmaq və təbii fəlakətin ağrı-acısını bölüşmək əvəzinə, Ərdoğan iqtidarını hədəfə almışdı. Belələri riyakarcasına elə zənn edirdilər ki, Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi mövqeyi nə qədər zəifləyərsə, bu, ölkəmizin ictimai-siyasi mənzərəsini də bir o qədər təsirləndirə və  bulanıq suda balıq tutmaq arzularını gerçəkləşdirə bilər. Bir vaxtlar İlham Əliyevin prezidentliyi dövründə torpaqlarımızın bir qarışı da işğaldan azad edilməyəcək fikrini cəmiyyətimizə sırımağa çalışanların türk həmrəyliyi ilə bağlı amalı bu qədər saxta  və mənən də bu qədər ucuzdur. 

Hər birimizin şəxsi həyatında olduğu kimi, dövlətlərarası münasibətlərdə də etibarlılıq və sədaqət amili olduqca önəmlidir. Bir çox mürəkkəb beynəlxalq faktorlardan asılı olan dövlətlərarası münasibətlərdə isə həmin keyfiyyətləri qorumaq, dar gündə dost və qardaş ölkənin yanında durmağı bacarmaq, əməli iş görmək, şübhəsiz ki, daha çətindir. Türkiyədə baş verən zəlzələnin ilk saatlarından etibarən Prezident İlham Əliyev başda olmaqla Azərbaycanın dövlət orqanlarından tutmuş sıravi vətəndaşına qədər, hər kəs sözdə deyil, əməli ilə Türkiyənin yanında oldu. Bu, həm xaricdəki bədxahlarımıza, həm də cəmiyyətlərimizdəki siyasət qısqanclarına ən kəsərli ibrət dərsi idi. Azərbaycan Prezidenti və xalqımız bir daha sübut etdi ki, hətta ən dəhşətli təbii fəlakət üzərindən məkrli plan quranların və bu oyunda iştirak edənlərin səyləri əbəsdir, rüsvayçı sonluğa məhkumdur. 


Prezident İlham Əliyevin təşəbbüsü ilə Kahramanmaraşda sıfırdan inşa olunan “Azərbaycan” məhəlləsi Qardaşlığın rəmzi olmaqla yanaşı, bədxahlarımıza və siyasət nadanlarına ən tutarlı cavabdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində söylədiyi bu fikirlər Şuşa Bəyannaməsi ilə müttəfiqlik zirvəsinə yüksələn münasibətlərin təməlində ortaq tarixi köklərimiz, milli-mənəvi dəyərlərimiz və xalqlarımızı birləşdirən tellərlə yanaşı, Lider iradəsinin dayandığının əyani sübutudur:

“Fəlakət xəbərini alar-almaz “Səninləyəm, Türkiyəm!” deyərək qardaş köməyi başladan, avtomobilinin tavanına varını-yoxunu yığaraq millətimizə kömək etməyə çalışan, duaları, dəstəkləri, səmimi göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç vaxt unuda bilmərik və unutmayacağıq. Xüsusilə, İlham qardaşımızın və hörmətli həyat yoldaşı Mehriban xanımın yardım səfərbərliyimizə verdiyi böyük töhfənin könlümüzdə daim ayrı bir yeri var... Burada böyük məmnunluqla demək istəyirəm ki, cənab İlham Əliyevin liderliyi ilə yardım edən bu qardaşlıq əli Maraşın qəlbinə qardaşlıq möhürünü vurub. Burada atılan hər addımda, vurulan hər mismarda, -istər Anadoluda, istər Azərbaycanda olsun, -türkün alın təri, səmimiyyəti və duası vardır”. 


Təşəbbüskarı olduğu “Azərbaycan” məhəlləsinin - 1200 mənzildən ibarət 90-dan çox binanın  açılış mərasimində iştirak etmək üçün Türkiyəyə məxsusi səfər edən Prezident İlham Əliyev kahramanmaraşlılar tərəfindən böyük coşqu və “Qarabağ Fatehi” sədası ilə qarşılandı. Çünki qardaş ölkədə də yaxşı bilirlər ki, Azərbaycan tarixi Zəfəri ilə türk dünyasının gücünə güc qatıb və onu beynəlxalq faktor kimi dünya gündəliyində yenidən aktuallaşdırıb. Son beş ildə ölkəmizə, ilk növbədə, Azərbaycan Prezidentinə qarşı edilən hücumların və aparılan çirkin qarayaxma kampaniyasının əsas səbəbi də elə budur. Ən məkrli bədxahlarımız belə, bu tarixi Qələbənin təməlində şəksiz Lider amilinin və bu faktor ətrafında birləşən ümumxalq iradəsinin dayandığını çox yaxşı bilir. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin Kahramanmaraşdan verdiyi bu mesaj, eynilə Şuşa Bəyannaməsi kimi, Türk dünyasını nə qədər məmnun etdisə, bədxahlarımızı da bir o qədər məyus edəcək:

“Bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bölgəmiz üçün, dünya miqyasında önəmli amildir, təhlükəsizlik, işbirliyi, inkişaf və qardaşlıq rəmzidir. Dörd il bundan öncə hörmətli Cümhurbaşqanı ilə Şuşa şəhərində imzaladığımız Şuşa Bəyannaməsi bizim əlaqələrimizi ən yüksək zirvəyə qaldırmışdır. Şuşa Bəyannaməsi bizim əlaqələrimizi rəsmən müttəfiqlik səviyyəsinə qaldırmışdır. Biz dostuq, qardaşıq, müttəfiqik. Türkiyə və Azərbaycan- iki qardaş ölkə həm siyasi, həm iqtisadi, həm enerji, nəqliyyat, hərbi və bütün başqa sahələrdə bir-birinin yanında inamla, uğurla irəliləyir... Siz bilirsiniz və bilməlisiniz ki, Azərbaycanda sizin 10 milyon bacı-qardaşlarınız var. Azərbaycanlılar da bilirlər ki, Türkiyədə 80 milyondan çox bacı-qardaşlarımız var”.

 Azərbaycan-Türkiyə münasibətlərinin tarixində fərqli dövrlər mövcuddur. Dövlət səviyyəsində əlaqələrimiz heç vaxt indiki qədər yaxın və doğma olmayıb. Bu gerçəkliyin özü də bir daha sübut edir ki, ortaq tarixi yaddaşımızın bütövləşərək yaşadılmasında Lider faktorunun rolu, iki qardaş ölkənin dövlət başçıları tərəfindən müstəqil və qətiyyətli siyasət yürüdülməsinin əhəmiyyəti  danılmazdır. Ortaq tarixə və milli-mənəvi dəyərlərimizə söykənən Liderlərimizin siyasi iradəsi bütövlükdə Türk dünyasının daha da möhkəmlənməsinə, türkdilli dövlət və xalqların bir-birinə daha çox yaxınlaşmasına xidmət edir. Ən başlıcası, Türk dünyasını təmsil edən Türk Dövlətləri Təşkilatı etibarlı beynəlxalq faktor kimi formalaşmaqda olan yeni dünya düzənində yalnız Avrasiya məkanında deyil, daha geniş coğrafiyada sülhə, təhlükəsizliyə və qarşılıqlı faydalı əməkdaşlığa töhfə vermək gücündə olduğunu hər ötən gün daha çox sübut edir. 


Ülvi Quliyev

Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 İyun 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri