Icma.az
close
up
RU
Lider ruhlu olduğumuzu necə anlamaq olar? 10 sual

Lider ruhlu olduğumuzu necə anlamaq olar? 10 sual

Icma.az, News24 portalına istinadən məlumatı açıqlayır.

Müasir biznes mühitində uğurun əsas şərtlərindən biri güclü liderlikdir. Artıq yalnız idarəetmə bacarığı kifayət etmir. Şrkətləri irəli aparan, dəyişiklik yaradan, insanlara təsir göstərən və gələcəyə yönəlik düşünənlər lider ola bilir.

Beynəlxalq səviyyədə tanınan strateji məsləhətçi Martin Roll-un yanaşmasına görə, liderlik doğuşdan gələn qabiliyyət deyil. Əksinə, bu təcrübə müşahidə və öz üzərində işləməklə qazanılan bir bacarıqdır. Əsl lider olmaq üçün isə insan ilk növbədə özü ilə dürüst olmalı, bəzi sualları özünə verməli və cavab axtarmalıdır.

News24.az həmin sualları təqdim edir:

Gələcəyə fokuslana bilirsinizmi?

Əsl lider bu günü deyil, sabahı düşünür. Texnologiyanın sürətli inkişaf etdiyi dövrdə yalnız cari problemləri həll etməklə kifayətlənmək olmaz – liderlər gələcək imkanları öncədən görüb addım atırlar.

Dəyişiklikdən qorxursunuz, yoxsa onu qəbul edirsiniz?

Liderlər status-kvonu qorumağa deyil, onu dəyişməyə çalışırlar. Onlar çətin qərarlar verməkdən çəkinmir, təşəbbüsü ələ almağa hazır olurlar.

Riskləri fürsət kimi görürsünüzmü?

Qətiyyətli liderlər qeyri-müəyyənlikdən qorxmur, əksinə, onu inkişaf üçün bir şans kimi qiymətləndirirlər. Onlar uğursuzluqlardan dərs alaraq növbəti dəfə daha güclü çıxış edirlər.

Aydın məqsədiniz varmı?

Liderin dəyərləri və məqsədi nə qədər aydın olsa, ətrafındakıları da o qədər asan ruhlandıra bilər. Bu aydınlıq həm də liderin qərarlarında ardıcıllıq yaradır.

İdarəetmə bacarıqlarınız yetərlidirmi?

Yalnız vizion sahibi olmaq kifayət etmir. Lider həm də real planlar qurmalı, işi düzgün bölüşdürməli və komandasını idarə edə bilməlidir.

İnsanlarla münasibətiniz necədir?

Liderlik insanlarla düzgün əlaqə qurmaqdır. Empati, dinləmə və fərdi yanaşma bacarığı liderin komandasını arxasınca aparmasına imkan yaradır.

Komanda üzvlərini təşviq edir, onları inkişaf etdirməyə çalışırsınızmı?

Əsl lider başqalarının da liderliyini formalaşdırır. Onlara etibar edir, öyrənməyə şərait yaradır və onların uğuruna sevinir.

Fədakarlıq göstərirsinizmi?

Lider olmaq diqqəti öz üzərinə deyil, komandanın uğurlarına yönəltmək deməkdir. Liderlər üçün əsas olan, nəticənin kimə aid olması deyil, nəticənin əldə olunmasıdır.

Yeni fikirlərə və fərqli baxışlara açıqmısınız?

İnnovasiya və inkişaf yalnız açıq fikirli mühitdə mümkündür. Liderlər komandalarını danışmağa təşviq etməli və müxtəlif fikirləri dəyərləndirməlidirlər.

Ətrafınızda sevilən birisinizmi?

Sevilmək liderin etibar qazanmasında vacib rol oynayır. Səmimi münasibətlər, dürüstlük və dəstəkverici davranış komanda ruhunu gücləndirir./valyuta

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://news24.az
archiveBu xəbər 27 May 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri