Icma.az
close
up
RU
Liderlər səviyyəsində olan qarşılıqlı etimad

Liderlər səviyyəsində olan qarşılıqlı etimad

Icma.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 oktyabr 2025-ci il tarixində Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin yüksək səviyyəsini və çoxşaxəli inkişafını bir daha nümayiş etdirdi. Cənab Prezident müsahibəsində Azərbaycan ilə Qazaxıstan arasında əlaqələrin tarixi qardaşlıq, ortaq mədəni köklər və qarşılıqlı hörmət üzərində qurulduğunu vurğuladı. O qeyd etdi ki, siyasi əlaqələr bu gün qarşılıqlı etimada əsaslanır və strateji tərəfdaşlıq xarakteri daşıyır. İki ölkə arasında dostluq təkcə diplomatik münasibətlər çərçivəsində deyil, həm də xalqların bir-birinə olan yaxınlığı və dəstəyi ilə daha da möhkəmlənib. Bu münasibətlər zamanla sadə əməkdaşlıqdan çıxaraq artıq regional və beynəlxalq əhəmiyyət daşıyan əlaqələr səviyyəsinə yüksəlib.

Prezident İlham Əliyev müsahibəsində iqtisadi əlaqələrə də xüsusi yer ayıraraq bildirdi ki, Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi son illərdə nəzərəçarpacaq dərəcədə artıb. O qeyd etdi ki, 2025-ci ilin ilk səkkiz ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 547 milyon ABŞ dollarına çatıb ki, bu da əvvəlki illərlə müqayisədə ciddi artım deməkdir. Azərbaycanın Qazaxıstan iqtisadiyyatına qoyduğu investisiyalar artıq 225 milyon dollara, Qazaxıstanın Azərbaycana sərmayələri isə 136 milyon dollara yaxınlaşıb. Bu göstəricilər qarşılıqlı maraqların nə qədər güclü olduğunu göstərir və iqtisadi əlaqələrin davamlı inkişafına zəmin yaradır. Hər iki ölkə enerji, nəqliyyat və logistika sahəsində əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Prezident həmçinin “Orta Dəhliz” layihəsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və qeyd edib ki, bu dəhliz vasitəsilə Azərbaycan və Qazaxıstan Avrasiya məkanında mühüm tranzit ölkələrə çevrilir. Bu layihələr yalnız iqtisadi baxımdan deyil, həm də geosiyasi sabitliyin təmin olunması baxımından əhəmiyyətlidir.

Müsahibədə mədəni və humanitar əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub. Cənab Prezident bildirib ki, Azərbaycan və Qazaxıstan xalqları arasında mədəniyyət, dil və ənənə baxımından böyük yaxınlıq var və bu da əməkdaşlığın digər sahələrində olduğu kimi, mədəni sahədə də sıx əlaqələrin qurulmasına şərait yaradır. İki ölkə arasında keçirilən mədəniyyət günləri, təhsil proqramları və birgə layihələr xalqların bir-birinə daha da yaxınlaşmasına səbəb olur. Bu, eyni zamanda dövlətlərarası münasibətlərin də sosial və mənəvi əsaslarının möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyev vurğuladı ki, bu cür humanitar əlaqələr yalnız bu gün üçün deyil, gələcək nəsillər üçün də strateji əhəmiyyət daşıyır.

Ümumilikdə, Prezident İlham Əliyevin bu müsahibəsi göstərdi ki, Azərbaycan və Qazaxıstan arasında münasibətlər hərtərəfli və dərin xarakter daşıyır. Bu əlaqələr yalnız iki ölkənin maraqlarına deyil, bütövlükdə türk dünyasında inteqrasiya proseslərinə və regionda sabitliyin qorunmasına da ciddi töhfə verir. Liderlər səviyyəsində olan qarşılıqlı etimad, davamlı siyasi dialoq və ortaq strateji baxış bu münasibətlərin gələcəkdə daha da inkişaf edəcəyinə güclü zəmin yaradır.

Toğrul ZEYNALOV

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Oktyabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see395

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see271

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see267

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see262

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see262

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see258

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see256

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see255

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see253

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see252

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see240

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see234

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see232

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see231

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see230

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see230

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see229

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see229

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see228

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri