Liflə zəngin bu məhsullar həzmi rahatlaşdırır
Icma.az, Pravda.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bağırsaq hərəkətlərinin ləng getməsi və ya nizamlı olmaması bəzən sağlamlıq problemi yox, sadəcə düzgün qidalanmama ilə bağlı olur.
Pravda.az bildirir ki, bu kimi hallarda qəbizlik, qarın ağrısı və şişkinlik baş verə bilər.
Mütəxəssislər qeyd edirlər ki, liflə zəngin qidalar bağırsaqların təbii şəkildə işləməsinə kömək edir.
Lifin əhəmiyyət
Həll olan və həll olmayan liflər bədəndə müxtəlif funksiyaları yerinə yetirir. Alma, banan, yulaf, kəpəkli taxıllar, yaşıl yarpaqlı tərəvəzlər və quru meyvələr bu liflərlə zəngindir. Lif həm bağırsaq mikroflorasını dəstəkləyir, həm də bağırsaq əzələlərinin hərəkətliliyini artırır. Gün ərzində orta hesabla 20–25 qram lif qəbul etmək tövsiyə olunur.
Bağırsaqları işlədən əsas qidalar:
Quru ərik və kivi: Təbii işlədici təsiri ilə tanınır.
Alma və armud: Su və sorbitol tərkibi ilə həzmi tənzimləyir.
Lobya, mərci, noxud: Liflə zəngin olub probiotik təsirigöstərir.
Yağlı toxumlar (çia, kətan toxumu): Bağırsaq hərəkətlərini artırır, toxluğu uzadır.
Qatıq, kefir: Probiyotiklərlə bağırsaq florasını balanslaşdırır.
Zeytun yağı: Yumşaldıcı və iltihabəleyhinə təsirə malikdir.
Tam buğda və kəpəkli məhsullar: Həll olmayan lif mənbəyi olaraq qəbizliyin qarşısını alır.
Mütəxəssis tövsiyəsi:
Lifli qidaların birdən-birə deyil, tədricən rasiona əlavə olunması tövsiyə olunur. Əks halda qaz, köp və narahatlıq yarana bilər. Su qəbulunu artırmaq da bağırsaq hərəkətlərinə müsbət təsir göstərir.
Qeyd: Əgər qəbizlik və ya həzm ləngliyi mütəmadi davam edirsə, sadəcə qida dəyişikliyi kifayət etməyə bilər. Bu halda həkimə müraciət olunması vacibdir.
Əminə Bayramova


