Limandan Xəzər dənizinə düşən şəxs öldü
Unikal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün səhər saatlarında bir nəfər limanda dənizə düşüb.
"Unikal" Oxu.az-a istinadən xəbər verir ki, həmin şəxs həyatını itirib.
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev faktı təsdiqləyib.
O qeyd edib ki, "ASCO Nəqliyyat" MMC-nin sürücüsü Mirzə Əbdüləzimzadə ilkin ehtimala görə, ehtiyatsızlıq səbəbindən limanda dənizə düşüb.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
"Dərhal aidiyyəti üzrə məlumat verilib və aparılan xilasetmə tədbirləri nəticəsində meyit sudan çıxarılıb. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır", - deyə açıqlamada bildirilir.

