Icma.az
close
up
RU
Limitin ləğvi: Tələskənlik, yoxsa zamana buraxılan növbəti qərar

Limitin ləğvi: Tələskənlik, yoxsa zamana buraxılan növbəti qərar

Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan futbolunda legioner limiti növbəti dəfə ləğv olunub. Ötən gün AFFA İcraiyyə Komitəsinin çıxardığı qərar hazırda geniş müzakirə mövzusuna çevrilib. Kimi bu addımın Azərbaycan futboluna faydasından, kimi yaradacağı problemlərdən bəhs edir.

Legioner limitinin ləğvi sayəsində ölkədə futbolçular arasında rəqabət yaranacağı fikri irəli sürülür. Yerlilər ya əcnəbilərlə rəqabətə girməli, ya da xaricə üz tutub orada öz peşəkarlıqlarını artırmalıdırlar. Bu, dolğun və qəbuledilən fikir kimi diqqəti çəksə də...

Gəlin, bir məsələni unutmayaq. Hazırda ölkəmizdə uşaq futbolundakı bərbad durum hamıya gün kimi aydındır. Azərbaycanın aşağı yaş qrup yığmalarının beynəlxalq yarışlarda böyükhesablı məğlubiyyətləri sıralaması futbolumuzun gələcəyinin heç də ürəkaçan olmamasına işarədir. Bəs, sabah Misli Premyer Liqasında oynamalı olan bu futbolçuların legionerlə rəqabət aparacağı və ya əcnəbi klublara düşə biləcəyini necə zəmanət vermək olar?

Limitin ləğv olunduğu toplantıda digər qəbul olunan qərar Azərbaycan futbolunun strategiyası ilə bağlıdır. Beynəlxalq şirkətin yazdığı strategiya sayəsində futbolumuzun qarşıdakı illərdə ağ günə çıxarmaq məqsədi daşıyır. Elə AFFA rəhbərliyinin yeni siyasətə üz tutmasının əsas qayəsi futbol sahəsindəki çatışmazlıqlarla əlaqədardır. Bu zaman sual yaranır. Əgər ölkədə kifayət qədər futbolçu yoxdursa legionerin limitinə nə ehtiyac vardı? Əcnəbilərlə hansı futbolçular rəqabət aparacaq? Strategiyanın tətbiqindən sonra ölkədə potensiallı oyunçu sayı artar və bir neçə ildən sonra limiti ləğv edərək davamlı rəqabət şəraiti yaratmaq daha düzgün addım olardı. Buradan AFFA-nın sanki bir az tələskənliyə yol verdiyi görünür. İstənilən halda, İcraiyyə Komitəsində oturanlar verdikləri qərarı kifayət qədər faktlarla əsaslandıra bilərlər.

Bir çox ölkələrdə legioner limitinin ləğvindən sonra yığma və klub səviyyəsində uğurların artmasını və futbolçuların əcnəbi klublarda möhkəmlənməsini nümunə göstərir. Fərq ondadır ki, həmin ölkələrdə futbolun təməli sağlam atılıb və yerli futbolçuların potensialı onlara legionerlərlə mübarizə aparmaq imkanı verir. Təəssüflə qeyd etmək olar ki, ölkəmizdə belə hallar barmaqla sayılacaq qədərdir.

Aysberqin görünməyən digər tərəfi klubların ustalıq səviyyəsi aşağı olan legionerlərə üz tutmasıdır. Etiraf edək ki, arxada qalan illərdə onlarla, yüzlərlə əcnəbi futbolçular ölkəmizdə gün keçirməklə böyük pullar qazanıblar. Bu baxımdan AFFA və PFL-in üzərinə böyük iş düşür. Əcnəbilərin ölkəyə gəlişinə ciddi qaydalar tətbiq etməlidir. Aidiyyəti qurumlar hər yoldan keçən futbolçunun Azərbaycanda oynamasına yaşıl işıq yandırmalı deyillər. Əks halda klublar sponsor qarşısında öhdəliyi yerinə yetirmək üçün limitin ləğvindən istifadə edərək milyonları əcnəbilərə xərcləyəcəklər. Tarixə nəzər yetirsək, “Bakı”, “Xəzər-Lənkəran”, “İnter”, “Karvan”, “Neftçi” və s. kimi klubların bu uğursuz tendensiyanın qurbanı olduğunun şahidi olarıq. Elə yanvar ayında “Sumqayıt”, “Şamaxı” kimi klubların yayda həyata keçirdikləri transferlərdən 3-4 ay sonra imtinası özündə bir çox məsələni əks etdirir.

Düzdür, limitin ləğvi zamanı İcraiyyə Komitəsinin üzvləri mümkün problemlərin qarşısını almaq üçün bəzi məqamları nəzərə alıblar. Say artıqca, əcnəbilərə ödəniləcək rüsumun məbləği artacaq və bu, klublara daha səviyyəli legionerlərə üz tutmağa məcbur edəcək. Digər məsələ heyətində yerli futbolçular oynadan klublara xüsusi hesablama metodu ilə bonus ödəniləcək. Bonuslar legioner rüsumundan əldə ediləcək vəsaitdən verilməsi də müsbət addım kimi qəbul olunmalıdır.

Gəlin, verilən qərarı zamanın ixtiyarına buraxaq. Amma Azərbaycan futbolunun itirməyə vaxtı qalmayıb. Müstəqillik qazandıqdan sonra ölkə futbol təsərrüfatında baş verənləri yada saldıqda, atılan yanlış addımların hazırki duruma şərait yaratdığını görə bilərik. İndi AFFA və klublar bu məsələyə daha həssas yanaşmalı və ötən illərdəki səhvləri təkrarlamalı deyillər. Kadi Borqes, Juninyo Olavio, Riçard Almeyda, Felipe Santos kimi legionerləri ölkəmizdə çıxışına yalnız alqış düşür.

Kamal Rza
İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 04 Fevral 2025 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri