Limon və zəncəfilli çay həqiqətən sağlamlıq üçün faydalıdırmı?
Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son dövrlərdə sosial şəbəkələrdə özünü daha yaxşı hiss etmək üçün yayılan trendlərdən biri limon və zəncəfilli çayın içilməsidir. Diyetoloqların sözlərinə görə, bu kombinasiyanın doğrudan da bir çox faydalı xüsusiyyəti var.
Qaynarinfo xəbər verir ki, bu barədə "Prevention” nəşri yazır.
"Zəncəfil ən çox həzmi yaxşılaşdırmaq və ürəkbulanmanı azaltmaq qabiliyyəti ilə tanınır, limon isə antioksidant xüsusiyyətləri ilə məşhurdur. Birlikdə onların bioaktiv birləşmələri, o cümlədən antioksidant potensialı bir növ enerji mənbəyi rolunu oynayır”, deyə sertifikatlı diyetoloq və "Carrots & Cookies” platformasının qurucusu Kristi Rut bildirib.
Bununla belə, limon və zəncəfilli çayı sevmirsinizsə, sağlamlıq üçün faydalı xüsusiyyətlərə malik olan bir çox alternativ içki növləri də mövcuddur.
Məqalədə qeyd olunur: "Limonlu su və zəncəfil şotları da limon və zəncəfilli çayla eyni faydaların çoxuna malikdir, yəni kifayət qədər seçim var”.
Limon-zəncəfil çayı nədir?
Diyetoloq Cessika Kordinqin sözlərinə görə, bu çay adətən isti suya təzə limon şirəsi və zəncəfil əlavə olunmaqla hazırlanır: "O cümlədən təzə zəncəfil istifadə etdikdə, maksimum fayda əldə etmiş olursunuz”.
Bəzi insanlar dadı yumşaltmaq üçün qarışığa aqava şərbəti, ağcaqayın siropu və ya bal da qatırlar.
Limon–zəncəfil çayının faydaları:
Həzmi yaxşılaşdıra bilər
"Limon və zəncəfilli çay zəncəfil və limonun faydalı xüsusiyyətlərini sakitləşdirici bir içkidə birləşdirərək sağlam həzmi dəstəkləyə bilər. Zəncəfil tərkibində həzm fermentlərinin ifrazını stimullaşdıran, bağırsaq hərəkətliliyini yaxşılaşdıran və qidanın daha effektiv parçalanmasına kömək edən gingerol kimi birləşmələr saxlayır. Limon turş olsa da, əslində mədədə təbii olaraq mövcud olan duz turşusundan daha az turşudur”, deyə diyetoloq Skott Kitli izah edib.
Bundan əlavə, limon kiçik miqdarda kalium təmin edir ki, bu da həzm traktında əzələ yığılmalarına kömək edə bilər.
Ürəkbulanmanı azalda bilər
Kordinqin sözlərinə görə, ürəkbulanmanın azalmasında əsas rolu zəncəfil oynayır: "Zəncəfilin ürəkbulanma üzərində təsiri əsasən onun tərkibindəki gingerol və şoqaol adlı aktiv birləşmələrlə bağlıdır. Bu maddələr bağırsaqdakı serotonin reseptorları ilə qarşılıqlı təsirə girərək beyinə gedən ürəkbulanma siqnallarını azaldır".
Diyetoloq əlavə edib ki, əsas təsir zəncəfilə məxsus olsa da, limonun ətri də mərkəzi sinir sistemini sakitləşdirərək, ürəkbulanma zamanı rahatlamağa kömək edə bilər.
Bağırsaqların fəaliyyətini dəstəkləyə bilər
"Limonun tərkibində limonen adlı birləşmə var ki, o həzmi dəstəkləyir və qidanın bağırsaqlarda irəliləməsinə kömək edə bilər”, deyə Kordinq vurğulayıb.
Kitlinin sözlərinə görə, zəncəfil istehlakı həm də hidratasiya amilinə təsir göstərir və bu, belə çayı içdikdən sonra tualetə getməyin əsas səbəblərindən biridir: "Düzgün hidratasiya nəcisi yumşaldır, onun keçməsini asanlaşdırır və müntəzəm bağırsaq boşalmasını dəstəkləyir".
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 05 Yanvar 2026 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















