Limonçik ilə maşın nömrələri oğurlayanlar saxlanıldı: Qazaxıstan nömrəsi ilə pul tələb edirlərmiş FOTOLAR
Manset portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Polis Nərimanov, Abşeron və Suraxanı rayonlarında avtomobillərdən dövlət qeydiyyat nişanlarını oğurlayan şəxsləri müəyyən edərək saxlayıb.
DİN-dən Manset.az-a verilən məlumata görə, Nərimanov rayonu ərazisində “Toyota” və “Jeep” markalı iki avtomobilin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 20 yaşlı F.Hüseyn, əkiz qardaşı Y.Hüseyn, 20 yaşlı Ş.Kərimli, 19 yaşlı R.Ağayev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Onlar oğurladıqları dövlət qeydiyyat nişanlarının sahiblərinə Qazaxıstan Respublikasına məxsus nömrələrlə zəng edərək pul tələb ediblər.
Onların Abşeron rayonu Xırdalan şəhəri ərazisində “Toyota”, “Hyundai”, “Range Rover” və “Mercedes” markalı daha 5 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurladıqları məlum olub.
Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində yerləşən avtomobil təmiri sexində “Opel” markalı avtomobilin dövlət qeydiyyat nişanları oğurlamaqda şübhəli bilinən 24 yaşlı Ə.İsmayıllı saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, Ə.İsmayıllı "Limonçik" ləqəbi ilə tanınır. O, bir müddət öncə Rusiyada limon satmaqla sosial şəbəkələrdə məşhurlaşmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 Dekabr 2024 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















