“Lion”un baş məşqçisi: “Qarabağ”a yuxarıdan aşağı baxmaq olmaz
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Bakıya yaxşı oyun nümayiş etdirmək və uğurlu nəticə qazanmaq üçün gəlmişik".
QOL.az “Azərtac”a istinadən xəbər verir ki, bu sözləri Fransanın “Lion” komandasının baş məşqçisi Pyer Saj UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri V tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, komandada müsbət ab-havanın hökm sürdüyünü bildirib: "Ötən turda Türkiyənin "Beşiktaş" komandasına məğlub olsaq da, kollektivdə hər şey qaydasındadır. Sabahkı matç üçün bəzi rotasiyalar olacaq”.
Mütəxəssis "Qarabağ"ın fiziki cəhətdən yaxşı komanda olduğunu söyləyib: “Rəqibin sürətli və təhlükəli futbolçuları var. "Ayaks"la son ev görüşündə yaxşı mübarizə apardılar. Sadəcə, qırmızı vərəqə oyunun taleyini dəyişdi. Ona görə də bu komandaya yuxarıdan aşağı baxmaq olmaz. Hazırda “Qarabağ”da çıxış edən “Lion”un sabiq futbolçusu Yassin Benzianı yaxşı tanıyırıq. Ona qarşı ayıq-sayıq oynamalıyıq”.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 27 Noyabr 2024 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















