Icma.az
close
up
RU
“Lion”un baş məşqçisi: “Qarabağ”a yuxarıdan aşağı baxmaq olmaz

“Lion”un baş məşqçisi: “Qarabağ”a yuxarıdan aşağı baxmaq olmaz

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fransanın “Lion” komandasının baş məşqçisi Pyer Saj (Pierre Sage) bu gün Bakıda mətbuat konfransı keçirib. Tədbir Avropa Liqasının 5-ci turunda sabah Bakıda “Qarabağ”a qarşı keçiriləcək oyuna həsr olunub.
Bizim.Media xəbər verir ki, 45 yaşlı fransalı mütəxəssis bu görüşə adi qaydada yanaşdıqlarını deyib:
“O mənada ki, biz həm yaxşı oyun göstərmək, həm də uğurlu nəticə qazanmaq istəyirik”.
O, hazırda komandada müsbət ab-havanın hökm sürdüyünü də bildirib:
"Ötən turda Türkiyənin "Beşiktaş" komandasına uduzsaq da, bizdə hər şey qaydasındadır“. 
Baş məşqçi sabahkı matçda bəzi rotasiyalar aparacağını, lakin bunun az olacağını da söyləyib.
O, "Qarabağ” barədə müsbət fikirlər də səsləndirib. Pyer Saj bildirib:
“Onlar çox yaxşı nəticə göstərməyə qadir komandadı. Biz bunu “Ayaks”la oyunda gördük. Rəqibin sürətli və təhlükəli futbolçuları var. Sadəcə, qırmızı vərəqə oyunun taleyini dəyişdi. Ona görə də bu komandaya yuxarıdan aşağı baxmaq olmaz. Sabah yaxşı səviyyədə oynamalıyıa. Düşünürəm ki, bizi sabah ciddi cağırış gözləyir. Biz əsasən onların Avropa kuboklarındakı matçlarını analiz etmişik. Məhz bu oyunlara əsasən qarşılaşmaya köklənmişik”.
 

Pyer Saj hazırda “Qarabağ”da çıxış edən Yasin Benzianın bir vaxtlar “Lion”da oynadığını da xatırladıb. “Sabah o, keçmiş komanda yoldaşlarına qarşı oynayacaq. Onlar (Benzia və Fransada “Lans” klubunda çıxış etmiş “Qarabağ”ın digər futbolçusu Abdullah Zubir - red.) yaxşı oyunçulardır.


Amma bizim diqqətimiz təkcə onların üzərində yox, bütün komandada olacaq”.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://bizim.media
archiveBu xəbər 27 Noyabr 2024 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri