Icma.az
close
up
RU
Liposaksiya əməliyyatı etdirən modelin bədəni çürüyür, həkim isə iddiaları qəbul etmir: “Pulunu da qaytarmışam”

Liposaksiya əməliyyatı etdirən modelin bədəni çürüyür, həkim isə iddiaları qəbul etmir: “Pulunu da qaytarmışam”

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


30 yaşlı model Aytən Muradova plastik cərrah Saleh Əsgərlinin etdiyi liposaksiya əməliyyatından sonra bədəninin çürüdüyünü iddia edir.

Bakupost.az xəbər verir ki, bu barədə Teleqraf-a danışan model hazırda bədənindəki yara izləri səbəbindən işləyə bilmədiyini bildirib:

“Bu il noyabrın 8-də əməliyyat olundum, ayın 10-u isə xəstəxanadan çıxdım. Dost-tanışlarımın əksəriyyətinin bədən şəkilləndirmə əməliyyatı etdiklərinə görə bilirəm ki, ağrı 3-4 gündən sonra azalır. Mən isə iki ay yarım ayağa qalxa bilmədim. Əməliyyatdan sonra bədənimdə əmələ gələn ləkələrin səbəbini həkimdən soruşdum, o, bunun korsetdən qaynaqlandığını dedi. Halbuki yalan danışırdı. Həkimlə bağlı əlimdə kifayət qədər material var. Onun əməliyyat etdiyi digər xəstələr də mənə yazıblar.

Anam rəhmətə gedəndən sonra depressiyaya düşdüm, kökəldim. Heç cür arıqlaya bilmirdim. Ona görə bədən şəkilləndirmə əməliyyatı etdirməyə qərar verdim. Həkimin haqqına girmək istəmirəm, həqiqətən belim incəlib. Amma lənət olsun belə incəlməyə ki, bədənim bu vəziyyətdədir.

Bu vaxtacan model kimi fəaliyyət göstərirdim, amma bədənimin bu vəziyyətinə görə indi işimi davam etdirə bilmirəm. Bədənimdə ləkələr var, çürümə verib. Həkimə demişdim ki, bədənim pis vəziyyətdədir, şəkilləri bütün sosial şəbəkələrdə yayacam. Onda mənə dedi ki, gəl sənin pulunu qaytarım, get müalicə al. Başqa həkimin yanına getdim və 2800 manat ödədim.

Bədənimi sildirdim, ancaq ondan da xeyir görmədim. Dedilər, xeyri olmayacaq, çünki dəri çürüməyə gedir, piy qatının hamısı çəkilib. Burun əməliyyatı keçirən adamam, niyə ondan şikayət etmirəm? 2011-ci ildə 638 balla İncəsənət Universitetinin Jurnalistika fakültəsinə qəbul olmuşam. Mən heç kimi şantaj etmirəm, haqqımı tələb edirəm”.

Aytən Muradova həkim Saleh Ələsgərlinin lisenziyasının olmadığını da deyir: “Saleh həkimlə danışıqlarımın səsyazısı məndə var. O mənə demişdi ki, başqa həkimə müraciət etməyim, hər şey düzələcək. Saleh Ələsgərli hazırda hamıya "işləmirəm" deyir, ancaq gizli şəkildə yenə də fəaliyyətini davam etdirir. Əməliyyatdan sonra hər gün bədənimin şəkillərini çəkmişəm. Vəziyyətimi düzəltmək üçün getdiyim iki həkim məni qəbul etmədi. Dedilər, belə həkimin xəstəsi bizə lazım deyil. İkinci əməliyyat üçün məndən Bakıda 12 min 500 manat , Moskvada isə 18 min dollar istəyirlər. Amma onlar da bədənimdəki izlərin qalacağını deyirlər. Bu məsələ mən düz mövqedəyəm. Rəsmi qaydada şikayətimi bildirmişəm”.

İddialarla bağlı adıçəkilən plastik cərrah Saleh Ələsgərli ilə əlaqə saxladıq.

O, Teleqraf-a açıqlamasında yayılan görüntülərin yeni olmadığını, əməliyyatdan sonra çəkildiyini bildirib:

“Bu, əməliyyatdan sonra ola bilən fəsadlardır. Liposaksiya əməliyyatından sonra bədəndə bu cür ləkələr yaranır. Hər həkimin başına gələ biləcək hadisədir. Əməliyyatdan sonra korreksiya olunmalı idi, amma xanım gəlmədi. Ona korreksiyanın vacib olduğu bildirilsə də bundan imtina edib. Bu əməliyyat altı ay öncə olunub. Korreksiya olunsa, fəsadları aradan qaldırmaq olar, amma pasiyent bunu istəmir. Ödənişi qaytarmışıq. Əməliyyatın qiyməti 4000 manat olub, amma bizə əlavə xərclərin olduğunu dedi və buna görə ona 5000 manat verilib".

Həkimin iddiasına görə, Aytən Muradova əməliyyatın nəticəsindən çox razı olduğunu deyib: "Mən onun indi əl atdıqlarını düzgün qiymətləndirmirəm. Nə etmək istəyini başa düşmürəm. Təklif etdim ki, hansı həkimə əməliyyat etdirmək istəyirsənsə, mən ödəniş məsələsi ilə bağlı onunla danışacam. Lakin qəbul etmədi, ondan sonra bildim ki, məni şantaj edir, pul almaq istəyir. Paylaşılan şəkillər əməliyyatdan dərhal sonra çəkilən şəkillərdir. Ona görə belə kobud görünür. Şəkillər məndə də var, bu qədər deyil.

Zərərçəkmiş şəxs kimi ona ödənişi qaytarılıb. Keloid çapıqlardır, o da korreksiya olana bilir. Sadəcə, pulun rahatlıqla qaytarıldığını görüb, təkrar pul istəyir. Pulu ona insanlıq xətrinə qaytarmışıq. Psixoloji baxımdan həssas biridir, buna görə bu addımı atmışıq. Amma mənim haqqımda əsassız paylaşımlar edilir. Mən məhkəməyə müraciət edəcəm”.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:144
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 Mart 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see225

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see221

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see170

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see160

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see157

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see154

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see152

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see149

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see145

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see143

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see136

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see133

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri