Icma.az
close
up
RU
Gənc oğlan tanışının motosikletini icarəyə götürdü, sonra isə... MƏHKƏMƏ

Gənc oğlan tanışının motosikletini icarəyə götürdü, sonra isə... MƏHKƏMƏ

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sumqayıt şəhərində “Volt”da kuryer işləyən şəxsə qarşı dələduzluq edilib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Neftçala rayon sakini, 2003-cü il təvəllüdlü Röyal İmanov tanışı Elvinin 2023-cü il buraxılışlı “Tufan” markalı motosikletini müvəqqəti idarə edib və sonra qaytaracağına dair yalan vəd verib. O, şəhərin 17-ci mikrorayon ərazisində yerləşən “Kral Lahmacun”un yanında həmin motosikleti ələ keçirib və zərərçəkmiş şəxsə 2500 manat maddi ziyan vurub. 
Röyalın barəsində Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Elvini qardaşının vasitəsilə tanıyıb: “Qardaşım Kərimdən eşitdim ki, Elvinin işlətmədiyi motosikleti var. Ona görə də Elvinin nömrəsini Kərimdən aldım və ona zəng vurdum. Müvəqqəti istifadə üçün bir müddətlik motosikletini idarə etmək istədiyimi bildirdim. Elvin də inanaraq dedi ki, əgər kimsə ona zamin durarsa, o zaman motosikleti mənə verəcəkdir. Mən bu barədə Kərimdən xahiş etdim. Qardaşım da mənimlə razılaşdı”. 
Təqsirləndirilən şəxs qeyd edib ki, Sumqayıt şəhəri 17-ci mikrorayonda “Kral Lahmacun”da qardaşı Kərimlə birlikdə Elvinlə görüşüb: “Elvin ora “Tufan” markalı motosikletlə gəldi. Həmin vaxt qardaşım Kərim zamin durdu və motosikletə bir şey olsa, cavabdeh olacağını boynuna götürdü. Bundan sonra Elvin motosikleti və açarlarını mənə verdi. Bir neçə gün ərzində Elvinin  verdiyi motosikleti idarə etdim. Sonra motosikleti satmaq üçün “lalafo.az” saytına satışa qoydum. Növbəti gün mənə zəng gəldi. Danışan şəxs motosikleti almaq istədiyini bildirdi. Həmin şəxsin xahişi ilə Elvinin verdiyi motosikletin şəklini çəkib ona göndərdim. Həmin şəxs motosikleti bəyəndiyini bildirdi. Biz motosikletin 800 manata satılması barədə razılaşdıq. Həmin gün motosikletin dövlət qeydiyyat nişanını sökdüm və Binəqədi rayonu, Novxanı qəsəbəsində “Murad” marketlə üzbəüz yerləşən dönərxanada kuryer işləyən dostuma saxlaması üçün verdim. Axşam saatlarında yoldan keçən “Qazel” markalı maşınla Elvinin verdiyi motosikleti Bakı Lökbatan dairəsi adlanan yerə apardım. Orada mənimlə danışan şəxslə görüşdüm, motosikleti ona 800 manata satdım. Motosikleti “TIR”a yüklədim. Həmin şəxs motosikleti Naxçıvana göndərəcəyini bildirdi. Daha sonra evə qayıtdım. Motosikleti satmam barədə Elvinə heç bir söz bildirmədim. Motosikletdən əldə etdiyim 800 manat pulu da şəxsi ehtiyaclarıma sərf etdim. Həmin puldan heç kimə vermədim. Sonradan başa düşəndə ki, səhv etmişəm, həmin motosikleti qaytarmaq üçün motosikleti satdığım şəxsə votsapda mesaj yazdım, ondan söz aldım ki, həqiqətən motosikleti ona satmışam. O, da bir daha etiraf etdi ki, motosikleti məndən alıb”.
İş üzrə zərərçəkmiş Elvinin sözlərinə görə, Kərim İmanovu tanıyır, onunla “Volt”da kuryer işləyib: “2024-cü ilin dekabr ayının əvvəllərində Kərimin qardaşı Röyal  zəng edərək bildirdi ki, sürmədiyi motosikletini müvəqqəti istifadə üçün ona verim. Ona dedim ki, gərək kimsə zamin dursun,  ona motosikleti verə bilim. Röyal isə bildirdi ki, qardaşı Kərim zamin dura bilər. Royalın təklifi ilə onun qardaşı Kərimin işlədiyi Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən “Kral Lahmacun”un yanına getdik. Ora gedən zaman həmin motosikleti də özüm ilə apardım. Orada Kərimlə görüşdük, qardaşı Röyal da yanımızda olub. Motosikleti müvəqqəti idarə etmək üçün, gündəlik 15 manat ödəmək şərti ilə Röyala verməyimi, bunun üçün onun zamin durması barədə söhbət etdik. Kərim dedi ki, narahat olmayım, qardaşı Röyala zamin durur, nə isə olsa onluqdur. Bundan sonra motosikleti şifahi razılaşma ilə Kərimə verdim, Kərim də açarı Röyala verdi”. 
Zərərçəkmiş qeyd edib ki, bir müddət sonra motosikleti geri almaq üçün Röyala zəng etsə də, onunla əlaqə saxlaya bilməyib: “Daha sonra Royalın qardaşı Kərim zəng etdi qardaşının motosikleti satdığını və polisə müraciət etməyimi söylədi. Mən Röyalgilə getsəm də, onu tapa bilmədim. Sonra Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng edərək hadisə barədə məlumat verdim”.
Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə Röyal İmanov 8 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Hökmdən narazı qalan İmanovun vəkili apellyasiya şikayəti verib. O, müvəkkilinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib. 
Apellyasiya məhkəməsində zərərçəkmiş şəxs məhkəmə kollegiyasına ərizə təqdim edib və bildirib ki, yəqsirləndirilən şəxs ilə barışıb, ona dəymiş 2500 manat məbləğində zərər tam olaraq ödənilib. 
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə birnci instansiya məhkəməsinin hökmü ləğv edilib. Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və barəsindəki cinayət işinin icraatına xitam verilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib. O, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından həbsdən azad edilib.
Fariz Məlikli
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Dekabr 2025 20:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri