Icma.az
close
up
RU
Lissabondan Vaşinqtona 29 illik çətin yol

Lissabondan Vaşinqtona 29 illik çətin yol

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

"Qafqaz regionu və bu regionla əməkdaşlıqda maraqlı olan ölkələrin və insanların hazırda diqqəti Vaşinqtona fokuslanıb. Bu gecə Ağ Evdə Azərbaycan, Ermənistan və region üçün tarixi an yaşanacaq. Bu tarixi ana gedən yol heç də asan olmayıb".

Bunu Oxu.Az-a açıqlamasında politoloq Aqil Məmmədov deyib.

Hadisələrin tarixinə nəzər salan politoloq bu fikirdədir ki, bu günün təməli, heç şübhəsiz, 1996-cı ildə ATƏT-in Lissabon sammitində atılıb:

"Azərbaycanın istəyi ilə yekun bəyannaməyə salınan maddə Ermənistan tərəfindən bloklandıqdan sonra ümummilli lider Heydər Əliyev ümumiyyətlə yekun bəyannaməyə Azərbaycanın veto qoyduğunu elan etdi. Bu, aydın məsələdir ki, uzun müddət hazırlanan sammitin ev sahibi ölkəsi və o zaman ATƏT-ə sədrlik edən dövlət üçün bütün fəaliyyətlərin iflasa uğraması anlamına gəlirdi. Eyni zamanda, ABŞ-nin yeni vitse-prezidenti Albert Qorun ilk beynəlxalq təmaslarının da uğursuzluğa düçar olması demək idi.

Bundan sonra Heydər Əliyevi yola gətirməyə çalışan ölkə liderləri nəticə əldə etmirlər, hətta Albert Qorun cəhdi də puça çıxır. Çünki Heydər Əliyev prinsipial mövqeyindən geri çəkilmir. ABŞ-nin vitse-prezidentinin: "Cənab Prezident, mövqeyiniz sərtdir", - qeydinə Heydər Əliyev: "Mənim mövqeyimin sərtliyi xalqımın düşdüyü vəziyyətlə izah olunur", - deyə cavab verir. Nəticədə Heydər Əliyevin nəinki Azərbaycanın ərazi bütövlüyü ilə bağlı təklif etdiyi bənd qəbul edilir, eyni zamanda, onun istəyi ilə dörd ölkə (Rusiya, Türkiyə, Finlandiya və İrlandiya) Azərbaycanın mövqeyinə dəstək çıxışı edir.

Bu tarixi zəfər Qarabağın işğaldan azad edilməsi istiqamətində aparılan işlərin əsas təməli hesab edilə bilər. Məhz bu sammit daha sonra Azərbaycan diplomatiyasının mövqeyini müəyyənləşdirdi".

"Beləliklə, Lissabon sammitindən keçən 29 illik dövr ərzində Azərbaycan addım-addım öz ərazi bütövlüyünün bərpası istiqamətində irəlilədi. İlham Əliyev Heydər Əliyevin müəyyən etdiyi prinsipiallıq mövqeyindən bir addım belə geri çəkilmədi. Diplomatik masada və döyüş meydanında təzyiqi davam etdirərək milli maraqlarımıza uyğun nəticənin əldə edilməsinə və onun beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsinə nail oldu.

Beləliklə, Lissabon prinsipiallığı çətin marafondan sonra məntiqi nəticəsinə doğru çatmaqdadır. Bu, finiş deyil, ancaq finiş öncəsində son dayanacaqdır.

Bu gecə Vaşinqtonda imzalanacaq sənədlər və bəyanatlar həm də onu göstərəcək ki, münaqişələr yalnız beynəlxalq hüquq, siyasi iradə, güclü ordu və güclü iqtisadiyyat əsasında ədalətli şəkildə həll edilə bilər", - deyə müsahibimiz fikrini tamamlayıb.

Aqil Vəlili

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Avqust 2025 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see275

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see259

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see214

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see205

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see197

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see192

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see192

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see191

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see188

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see182

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see174

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see173

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see170

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see169

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri