Litva Polşada PUA insidentindən sonra təhlükəsizlik xidmətlərinin döyüş hazırlığını artırıb
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Litva hakimiyyəti dronların Polşanın hava məkanına daxil olması ilə əlaqədar milli təhlükəsizliyə cavabdeh olan xidmətlərin döyüş hazırlığı səviyyəsini artırmaq qərarına gəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "Delfi" portalına Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən məlumat verilib.
"Litva ordusu və bütün məsul xidmətlər vəziyyəti izləyir... Milli Təhlükəsizlik Komissiyası hava məkanının mümkün pozulmaları ilə bağlı ölkənin hərbi və digər xidmətləri arasında qarşılıqlı fəaliyyət alqoritmlərini təsdiqləyib, qurumların ayıq-sayıqlıq səviyyəsi artırılıb, sərhəd və hava məkanının mühafizəsi gücləndirilib", - deyə mərkəz qeyd edib.
Qeyd edək ki, səhər tezdən Polşa ordusunun əməliyyat komandanlığı ölkənin hava məkanını pozan PUA kimi müəyyən edilən bir neçə obyektin məhv edildiyini açıqlayıb. Hazırda vurulmuş obyektlərin axtarışı aparılır. Hadisə ilə əlaqədar ölkənin bir hissəsi üzərində, o cümlədən Varşavada Friderik Şopen hava limanı üzərində hava məkanı müvəqqəti bağlanıb. Polşanın baş naziri Donald Tusk hadisəni genişmiqyaslı təxribat adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 10 Sentyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















