Icma.az
close
up
RU
Litva Rusiyadan hücum gözləyir 540 min əhali işğal ssenarisinə hazırlanıb

Litva Rusiyadan hücum gözləyir 540 min əhali işğal ssenarisinə hazırlanıb

Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Litvanın paytaxtı Vilnüsdə Rusiyanın mümkün işğalı zamanı genişmiqyaslı təxliyə planının detalları ictimaiyyətə açıqlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Vilnüs şəhər meriyasının plana əsasən, düşmən qoşunlarının şəhəri ələ keçirməsi ehtimalı yaranarsa, şəhərin təxminən 540 min sakini sistemli şəkildə təxliyyə olunacaq.

Məlumatda açıq qeyd edilib ki, təxliyə planı Rusiyanın Ukraynaya davam edən hücumlarından sonra bölgədə artan təhlükəsizlik narahatlıqları fonunda hazırlanıb: "Bunun üçün 150 marşrut təyin olunub.. Hər məhəlləyə xüsusi toplaşma və çıxış məntəqələri ayrılıb. Vətəndaşlara mümkün evakuasiya əmri barədə SMS, siren və hazırlanmaqda olan xüsusi mobil proqram vasitəsilə məlumat veriləcək. Paralel olaraq, bəzi yolların və körpülərin genişləndirilməsini nəzərdə tutulur".

Vilnüs meri Valdas Benkunskas təxliyyə planının yalnız hərbi müdafiənin yetərli olmadığı təqdirdə həyata keçiriləcəyini xüsusi qeydedib: "Bu, nə düşmənin  hücum anını yaxınlaşmasından, nə də belə bir ehtimal olarsa, tələsik geri çəkilmə kimi anlaşılmamalıdır. Yni, panikaya ehtiyac yoxdur. Sadəcə, planın açıqanması mülki əhalini marifləndirmək məqsədi daşıyır. Panikaya səbəb yoxdur".

Məlumat üçün qeyd edək ki, ölkə Rusiya və Belarus sərhədindədir. Vilnüs Belarus sərhədindən cəmi 35 kilometr məsafədədir. 

Rusiyanın yaxın müttəfiqi olan Belarusda isə minlərlə rus əsgəri var və 2022-ci ildə buradan Ukraynanın paytaxtı Kiyevə uğursuz işğal cəhdi üçün tramplin kimi istifadə edilib.

Onu da qeyd edək ki, Litva da NATO üzvüdür və Kalininqradla həmsərhəddir. Baltik dənizində yerləşən Kalininqrad Rusiyanın ən güclü hərbiləşdirilmiş bölgələrindən biridir.

Hərbi ekspertlərin fikrincə, Litva ilə Polşa arasında olan ensiz torpaq zolağı olan Suvalki dəhlizi NATO-nun müdafiəsi baxımından "kövrək ərazi" hesab olunur. Bu ərazinin işğalı Polşa ilə Baltikyanı ölkələr arasında quru əlaqənin kəsilməsi demək olacaq

Xatırladaq ki, 1990-cı ildə Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edən Litva Avropa İttifaqı və NATO ilə sıx əlaqələr qurub. Bu ölkə Ukraynaya güclü dəstəyi ilə tanınır və tez-tez Kremlin ekspansionist siyasətinin region üçün yaratdığı risklər barədə xəbərdarlıq edir.

Samir Musayev
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://mia.az
archiveBu xəbər 24 Aprel 2025 10:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see248

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see242

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see237

“Xilasedici” Belçika voleybolçularına uduzub

09 Dekabr 2025 22:47see198

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see189

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see181

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see176

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see151

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see151

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see150

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see138

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see137

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see134

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see131

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see129

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see126

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

10 Dekabr 2025 08:40see125

20 istiqamətdə tıxac var

10 Dekabr 2025 08:38see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri