Livan İran səfirini arzuolunmaz şəxs elan etdi
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
Livan hakimiyyəti İran səfirinin akkreditasiyasını ləğv edib və onu arzuolunmaz şəxs elan edib.
Redaktor.az xəbər verir ki, bu barədə Livan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Məlumatda qeyd olunur ki, Livan Xarici İşlər Nazirliyi İranın Beyrutdakı müvəqqəti işlər vəkili Toufik Səmadi Xoşxunu çağırıb.
"O, Xarici İşlər Nazirliyinin baş katibi, səfir Əbdül Səttar İsa tərəfindən qəbul edilib və Livan hökumətinin təyin olunmuş İran səfiri Məhəmməd Rza Şibaninin akkreditasiyasına verdiyi razılığı ləğv etmək və onu arzuolunmaz şəxs elan etmək qərarı barədə məlumatlandırılıb", - deyə açıqlamada bildirilir.
Hakimiyyət orqanlarının tələbi ilə o, 29 mart tarixindən gec olmayaraq Livan ərazisini tərk etməlidir.
Aminə ŞAHSUVARQIZI
Baxış sayı:142
Bu xəbər 24 Mart 2026 16:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















