Icma.az
close
up
RU
Liverpul 1953 cü ildən bu yana bu duruma düşməmişdi ardıcıl 3 cü darmadağın!

Liverpul 1953 cü ildən bu yana bu duruma düşməmişdi ardıcıl 3 cü darmadağın!

Footbal-plus saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çempionlar Liqasında əsas mərhələnin 5-ci turuna yekun vuruldu.
"Football-plus.az" xəbər verir ki, tanınmaz vəziyyətdə olan və günü-gündən geriləyən ''Liverpul''un qara günləri davam edir.
Premyer-liqanın son iki turunda darmadağınlara məruz qalan ''qırmızılar'' bu dəfə evdə PSV ilə görüşdə yaxşı nəticə qazanmağa və qara zolaqdan çıxmağa ümid edirdilər. Amma durum daha da qəlizləşdi. Əvvəlcə Van Diyk çox yersiz penaltiyə və komandasının hesabda geri düşməsinə səbəbkar oldu. Niderlandlı müdafiəçi bu mövsüm artıq 3-cü dəfə penaltiyə səbəbkar oldu. Fasiləyə qədər Soboslai bərabərlik qolunu vurdu. Yerli fanatlar ikinci hissədə geridönüşə ümid bəsləyirdilər.
Amma əksinə növbəti dəfə sevimlilərinin darmadağın edilməsinin şahidi oldular. Niderland çempionu ikinci hissədə daha 3 qol vuraraq yekunda 4:1 hesablı parlaq qələbə qazandı. PSV avrokuboklar tarixində ''Enfild''də ''Liverpul''a ən azı 4 qol vuran cəmi 2-ci klub oldu. ''Real'' 2023-də bu stadionda 5 qol vurmuşdu. Bu fiaskodan sonra ''Liverpul'' üçün yenə xoş olmayan tarixi faktlar ortaya çıxdı. Komanda ardıcıl 3-cü oyunda darmadağın oldu (top fərqi - 1:10). Mersisaydlıların ardıcıl 3 rəsmi oyunda 3 qol buraxması faktına sonuncu dəfə 1992-ci ildə, ardıcıl 3 rəsmi oyunda ən azı 3 top fərqi ilə uduzması faktına isə 1953-cü ilin sentyabrında rast gəlinmişdi! Bundan başqa komanda sentyabrın 27-dən bu yana keçirdiyi 12 rəsmi oyunda 9 məğlubiyyətlə üzləşib. ''Liverpul''un sonuncu dəfə 12 oyuna 9 məğlubiyyət yaşadığı dönəm 1953-54-cü illərə təsadüf etmişdi.
İngiltərə çempionu ötən mövsüm bütün turnirlərdə ümumilikdə 10 dəfə uduzmuşdusa, bu mövsüm artıq indidən 10 məğlubiyyətə çatıb! İstefası gündəmdə olan Arne Slot üçün PSV ən uğursuz rəqibdi. O, məşqçi karyerasında ən çox (5) məğlubiyyəti məhz PSV önündə yaşayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Noyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri