Liverpul bu hücumçu üçün 120 milyon funt sterlinq ödəməyə hazırdır
Icma.az bildirir, Sportal.az portalına istinadən.
"Liverpul" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Premyer Liqa nəhəngi "Nyukasl"da çıxış edən Aleksandr İsakı transfer etmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Liverpul" Darvin Nunesin performansından məmnun deyil. Klub rəhbərliyi uruqvaylı forvardı satıb onun yerinə İsakı heyətə qatmağın planını qurur. Mersisayd təmsilçisi isveçli hücumçu üçün fantastik məbləğ ödəməyə hazırdır. Klub rəhbərliyi Nunesin satışından əldə olunan gəliri də nəzərə alıb İsaka görə "Nyukasl"a 120 milyon funt-sterlinq təklif edəcək.
Qeyd edək ki, "Nyukasl" Aleksandr İsakı 2022-ci ilin avqust ayında "Real Sosyedad"dan transfer edib. İsveç millisinin üzvü olan 25 yaşlı futbolçu bu mövsüm "sağsağanlar"ın heyətində meydana çıxdığı 32 rəsmi matçda 22 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 13 Mart 2025 16:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















