Liverpul Qalatasaray la matçdan öncə futbolçusunu göndərdi
Icma.az bildirir, Qol.az portalına istinadən.
Çempionlar Liqasının 1/8 finalında "Qalatasaray"ın rəqibi "Liverpul"un gənc futbolçusu komandadan ayrılıb.
QOL.az xəbər verir ki, İngiltərə klubunun 19 yaşlı cinah oyunçusu Trent Kone-Doherti Norveç təmsilçisi "Molde"yə transfer olunub. Klub gənc futbolçu ilə 2029-cu il dekabrına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "The Times"ın yaydığı məlumata görə, "Molde" bu transfer üçün "Liverpul"a 750 min avro təzminat ödəyəcək. Razılaşmada həmçinin "Liverpul"un xeyrinə geri satınalma və növbəti satışdan bonusun əldə olunması bəndlərinin də yer aldığı bildirilib.
Xatırladaq ki, Trent Kone-Doherti bu mövsüm forma geyindiyi 23 matçda 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, komandalar arasında ilk matç martın 10-u İstanbulda, cavab görüşü isə martın 18-i "Liverpul"un meydanında baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 28 Fevral 2026 17:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















