Liviyalı nazir: Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfə yüksək qiymətləndirilir
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 8 dekabr, AZƏRTAC
Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfə hamımız tərəfindən yüksək qiymətləndirilir. Bu addımlar yalnız regional deyil, qlobal mədəni əməkdaşlığın inkişafına xidmət edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025”in açılış mərasimində Liviya Dövlətinin mədəniyyət və koqnitiv inkişaf naziri Mabrouka Toghi deyib.
O qeyd edib ki, mədəniyyət yalnız keçmişin xatırlanması deyil, həm də gələcəyin strateji şəkildə qurulması üçün ən güclü vasitələrdən biridir. Mədəniyyət insanlar arasında anlaşmanı, xalqlar arasında etimadı, dövlətlər arasında isə qarşılıqlı hörmət və əməkdaşlığı formalaşdırır.
Nazir İƏT Mədəniyyət Festivalının bu dəyərlərin real təcəssümü olduğunu diqqətə çatdırıb: “Burada bir araya gələn memarlar, sənət adamları, kino yaradıcıları, musiqiçilər, alimlər və gənc istedadlar mədəniyyətin müasir inkişafını, yeni ideyaları və texnoloji yaradıcılığı paylaşmaq üçün geniş imkanlar əldə edirlər. Həmçinin qeyd etmək istərdim ki, İslam mədəniyyəti tarix boyu bilik, elm, incəsənət və mənəvi dəyərlərin daşıyıcısı olub. Bu irs yalnız kitabxanalarda və muzeylərdə deyil, həm də gündəlik həyat tərzimizdə, memarlıq ruhumuzda, musiqi ifadələrimizdə, ədəbiyyatımızda və kollektiv yaddaşımızda yaşayır.
Bu gün Liviya Mədəniyyət Nazirliyi, İƏT çərçivəsində ortaq mədəni proqramların genişləndirilməsi, gənclərin yaradıcılıq inkişafının dəstəklənməsi, eləcə də bilik və koqnitiv sahədə əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyətini davam etdirmək əzmindədir. Biz inanırıq ki, yaradıcı sənaye gələcəyin iqtisadi və mədəni inkişafına təkan verən əsas sahələrdən biri olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:33
Bu xəbər 08 Dekabr 2025 12:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















