Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Logistik hegemonluq uğrunda mübarizə

Logistik hegemonluq uğrunda mübarizə

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kreml TRIPP layihəsində iştirakla regiona təsirini qorumağa çalışır

XXI əsrin üçüncü onilliyinin geosiyasi mənzərəsi göstərir ki, böyük dövlətlərin nüfuz dairəsi nəzarət etdikləri ticarət dəhlizlərinin effektivliyi, diversifikasiyası və təhlükəsizliyi ilə ölçülür. Məhz bu reallıq fonunda Avrasiyanın strateji nəqliyyat qovşağı hesab edilən Cənubi Qafqaz regionu qlobal güclərin strateji maraqlarının həm kəskin şəkildə toqquşduğu, həm də paradoksal formada uzlaşdığı unikal məkana çevrilib.

Son dövrlərdə regionun siyasi leksikonuna daxil olan və ABŞ-ın yeni xarici siyasət doktrinasının tərkib hissəsi kimi xarakterizə edilən TRIPP layihəsi mövcud status-kvonu dəyişdirməyə, regionun iqtisadi arxitekturasını yenidən şəkilləndirməyə iddialı yeni geosiyasi vasitəyə çevrilib. Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Rusiya Qərb mənşəli hesab edilən sözügedən layihəni birmənalı şəkildə inkar etmək əvəzinə, orada iştirak payını təmin etməklə regiondakı dayaqlarını möhkəmləndirmək, prosesi daxildən idarə etmək və nəzarət mexanizmlərini əlində saxlamaq xəttini seçib.

Moskvanın nümayiş etdirdiyi bu davranış modeli ilk baxışda ənənəvi anti-Qərb ritorikası və müqavimət doktrinası ilə ziddiyyət təşkil edə bilər. Amma dərin siyasi təhlil göstərir ki, Kremlin TRIPP layihəsində iştirak cəhdləri heç də təsadüfi xarakter daşımır, əksinə, dəqiq hesablanmış praqmatizmə və uzunmüddətli dövlət maraqlarının qorunmasına əsaslanır. Şimal qonşumuz olduqca yaxşı anlayır ki, Cənubi Qafqazda formalaşan yeni nəqliyyat arxitekturasından, qlobal ticarət yollarının şaxələndirilməsi prosesindən kənarda qalmaq perspektivdə regionun tamamilə itirilməsi, təsir imkanlarının minimuma enməsi ilə nəticələnəcək. Odur ki, Kreml “prosesi dayandıra bilmirsənsə, ona rəhbərlik et və ya ən azından prosesin mərkəzində yer al” prinsipinə sadiq qalaraq TRIPP çərçivəsində təhlükəsizlik qarantı rolunu oynamağa, xüsusilə Zəngəzur dəhlizi boyu nəzarət mexanizmlərini əlində saxlamağa, bununla layihənin həm də siyasi tənzimləyicisi olmağa çalışır.

Vaşinqton TRIPP layihəsi vasitəsilə regionda Çin və Rusiya təsirini balanslaşdırmağı, Avrasiyanın mərkəzində Qərbmeyilli sabitlik zonası yaratmağı planlaşdırır. Layihənin sülh və rifah şüarı altında təqdim edilməsi ona beynəlxalq legitimlik qazandırır. Region ölkələri üçün cəlbedici investisiya imkanları vəd edir və ictimai rəydə müsbət imic formalaşdırır. Rusiya üçün vəziyyət kifayət qədər həssasdır. Çünki Moskva ənənəvi olaraq postsovet məkanında infrastruktur layihələrinə qısqanclıqla yanaşmış, kənar aktorların, xüsusilə Qərbin regiona daxil olmasını milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirmişdir. Lakin son illərin geosiyasi təlatümləri, xüsusilə sanksiya rejimi və iqtisadi izolyasiya təhlükəsi Kremlin baxış bucağını köklü şəkildə dəyişməyə məcbur edib. Qərbin ağır sanksiyaları altında qalan Rusiya iqtisadiyyatı üçün cənub istiqamətli marşrutlar, alternativ ticarət yolları və yeni bazarlara çıxış imkanları həyati əhəmiyyət kəsb edir.

Kreml artıq TRIPP layihəsinin tərkib hissəsi olan kommunikasiyaların açılması prosesində aktiv iştirakçı və həlledici tərəf qismində çıxış etməyə qərar verib. Burada əsas istinad nöqtəsi 2020-ci il 10 noyabr Bəyanatının müvafiq bəndləridir. Həmin sənədə əsasən Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasındakı nəqliyyat əlaqəsinin təhlükəsizliyinə Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları nəzarət etməlidir. Rusiya diplomatiyası Qərbin TRIPP təşəbbüsünü rəsmən dəstəkləməsə də, faktiki olaraq, marşrutun təhlükəsizlik memarı olmaq iddiasını irəli sürür. Beləliklə, Moskva layihənin iqtisadi dividendlərindən, yəni tranzit gəlirləri və malların sərbəst hərəkətindən yararlanmaqla yanaşı, regiondakı hərbi-siyasi mövcudluğunu da beynəlxalq hüquqi əsaslarla qoruyub saxlamağı hədəfləyir.

Şimal-Cənub dəhlizi Rusiya üçün geosiyasi nəfəslikdir. Sankt-Peterburqdan Mumbaya qədər uzanan, Azərbaycan və İran ərazisindən keçən marşrut Rusiyanın Qərb bazarlarından asılılığını azaltmaq, Qlobal Cənuba çıxış əldə etmək və Hind okeanına birbaşa yol açmaq üçün əvəzsiz vasitədir. Son illər Azərbaycan və İran arasında dəmir yolu infrastrukturunun inkişafı ilə bağlı əldə olunan razılaşmalar, Moskvanın Cənub vektoruna verdiyi önəmi təsdiqləyir. Kreml anlayır ki, TRIPP layihəsi reallaşsa belə, həmin marşrut əsasən Şərq–Qərb istiqamətində yükdaşımalara xidmət edəcək, Rusiya isə şaquli istiqamətdə hərəkət edən müstəqil arteriyaya sahib olmalıdır. Burada maraqlı məqam ondan ibarətdir ki, TRIPP və Şimal–Cənub layihələri Cənubi Qafqazda, konkret olaraq, Azərbaycan ərazisində kəsişir. Ölkəmiz hər iki layihənin mərkəzi ölkəsi kimi çıxış edir. Rusiya isə Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrini dərinləşdirməklə, hər iki dəhlizin işlək vəziyyətdə qalmasını, maraqlarının nəzərə alınmasını və regional sabitliyin qorunmasını təmin etməyə çalışır.

Bu, çevik diplomatiyanın bariz nümunəsidir. Proses rəqibin gücündən, resurslarından və investisiyasından istifadə edərək şəxsi mövqeyini möhkəmləndirmək taktikasını ehtiva edir. Rusiyanın TRIPP layihəsində iştirak cəhdlərinin bir neçə mühüm səbəbi aydınlaşır ki, bunlardan ilki hərbi-siyasi mövcudluq amilidir. Ermənistan ərazisindən keçəcək kommunikasiya xətlərinə nəzarət Rusiyaya regionda fiziki hərbi mövcudluğunu davam etdirmək üçün hüquqi zəmin yaradır. Xüsusilə Ermənistanın Qərbə inteqrasiya kursu götürdüyü indiki həssas məqamda Rusiya üçün İrəvan üzərindəki təsir rıçaqlarını saxlamaq, onu nəzarətdən buraxmamaq həyati əhəmiyyət kəsb edir. Əgər TRIPP layihəsi tamamilə Qərb standartları və təhlükəsizlik arxitekturası əsasında qurularsa, Rusiya Ermənistandan tədricən sıxışdırılıb çıxarıla bilər. Buna görə də Kreml layihənin təhlükəsizlik operatoru olmağa, sərhəd və gömrük nəzarətini, faktiki olaraq, həyata keçirməyə can atır. İkinci mühüm səbəb tranzit asılılığının idarə edilməsidir. Moskva yaxşı bilir ki, Azərbaycan regionun əsas tranzit habına çevrilib və enerji resurslarının, yüklərin Qərbə daşınmasında onun rolu əvəzsizdir.

Üçüncü amil İran faktorunun balanslaşdırılması ilə bağlıdır. Tehran rejimi TRIPP layihəsinə skeptik münasibət bəsləyir. Bunu NATO-nun regiona gəlişi, sərhədlərinin dəyişdirilməsi cəhdi kimi qiymətləndirir. Rusiya burada incə oyun aparır. TRIPP layihəsində iştirak etməklə, faktiki olaraq, İrana mesaj verir ki, əgər nəzarət Moskvada olarsa, həmin marşrut Tehran üçün təhlükə yaratmayacaq. Beləliklə, Rusiya İranı tam narazı salmadan regionda Türkiyə və Qərblə əməkdaşlıq edə biləcəyi ortaq məxrəc axtarır.

Gələcək proseslərin inkişafı böyük ölçüdə ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz siyasətindən, Türkiyə–Rusiya münasibətlərinin dinamikasından, İranın davranışından və Azərbaycanın strateji qərarlarından asılı olacaq. Hazırkı mənzərə onu deməyə əsas verir ki, Rusiya TRIPP layihəsini passiv müşahidəçi kimi izləməyəcək, əksinə, bütün siyasi, iqtisadi və kəşfiyyat resurslarını səfərbər edərək qlobal nəqliyyat habında şəxsi maraqlarına uyğun olan parçanı yerləşdirməyə çalışacaq. Bu, Rusiyanın böyük dövlət kimi cənub cinahdakı varlığının təminatı, təhlükəsizlik qurşağının qorunması məsələsidir.

Yusif ŞƏRİFZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Yanvar 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see543

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see532

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see528

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see473

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see447

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see431

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see352

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see340

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see324

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see319

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see311

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see306

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see294

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see293

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see292

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see292

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see292

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see278

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri