London nəhəngi axtardığını A Seriyasında tapdı
Fanat saytına istinadən Icma.az xəbər verir.
İngiltərənin "Çelsi" klubu İtaliya A Seriyasının qapıçısına göz dikib.
Fanat.Az xəbər verir ki, "Parma"nın qapıçısı Dzion Sudzuki London təmsilçisinin hədəfinə çevrilib.
Məlumatı “talkSPORT” yayıb.
Yapon qolkiperin potensial transferinin dəyəri 40 milyon funt sterlinq (47 milyon avrodan çox) olaraq qiymətləndirilir.
Dzion Sudzuki cari A Seriyasında "Parma"nın heyətində 20 oyun keçirib, 31 qol buraxıb. O, üç dəfə komandanın qapısını toxunulmaz saxlayıb.
22 yaşlı qapıçının İtaliya klubu ilə hazırkı müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
Mirağa
Baxış sayı:101
Bu xəbər 20 Yanvar 2025 12:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















