Londonda bir nəfər maşını insanların üzərinə sürüb : 4 nəfər xəsarət alıb
Icma.az bildirir, Aznews.az saytına əsaslanaraq.
İngiltərənin paytaxtı Londonda 31 yaşlı kişinin avtomobilini səkidə gedən insanların üzərinə sürməsi nəticəsində biri ağır olmaqla 4 nəfər yaralanıb.
London Metropoliten Polisinin verdiyi açıqlamada bildirilib ki, saat 00.45 radələrində bir şəxs avtomobili şəhərin məşhur Shaftesbury küçəsində əks istiqamətə çıxararaq səki ilə gedən piyadaların üzərinə sürüb.
Açıqlamada biri ağır olmaqla 4 nəfərin yaralandığı bildirilib.
Polis məmuru Stuart Kandi açıqlamasında, avtomobilin 31 yaşlı sürücüsünün adam öldürməyə cəhddə şübhəli bilinərək saxlanıldığını ifadə edərək, "Polis əməkdaşları hadisəyə tez reaksiya verdilər və London şəhər polisi ilə yaxından əməkdaşlıq etdilər və sürücünü yaxaladılar",- deyə qeyd edib.
Kandi, sürücünün avtomobilini səkiyə sürməzdən əvvəl bir gecə klubunda əlbəyaxa dava etdiyini qeyd edərək, "Hadisənin tək bir hərəkət olduğu və terrorla əlaqəsi olmadığı da təsdiqləndi",- deyə vurğulayıb.
Mövsüm
Aznews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 25 Dekabr 2024 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















